Axtarış...

“EuroHome”də malları yanan sahibkar: Bazarın 95 faizi yararsız hala düşüb




80 min manat dəyərində mallar yanıb-kül oldu. Heç yarısını da xilas edə bilmədim.

Oxu.Az xəbər verir ki, bu sözləri bu gün “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğında malları yanan sahibkar Əhmədov Pərviz Fərmail oğlu deyib.

O bildirib ki, yanğın səhər saat 07:30-da başlayıb:

“Səhər yanğın başladığını eşitdik. Hamı öz malını xilas etməyə çalışırdı. Mənim 108 kvadratmetrlik mağazam və qarşısında mallar yığdığım 54 kvadratmetrlik həyət yanıb. Mallarım da məhv oldu. Yanğın birinci cərgələrdə kafel-metlax satılan dükandan başlayıb. Qısa zamanda külək yanğının bütün bazara yayılmasına səbəb olub”.

Sahibkar deyir ki, onunla bərabər, 150-dən çox dükan yanıb:

“Bazarın əsas hissəsi, mərkəzinin 95 faizə yaxın hissəsi yanıb, yararsız hala düşüb. Mağazaların çoxunun sığortası yoxdur. Amma mənim sığortam var. Hələ bilmirəm nə olacaq. Əsas yanan rezin turbalar, borular idi. Onları söndürmək çətin olduğu üçün yanğın daha geniş əraziyə yayıldı”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz