"EuroHome" Ticarət Mərkəzində baş verən yanğın tam məhdudlaşdırılıb”.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
O qeyd edib ki, yanğının söndürülməsinə 3 helikopter, 1 təyyarə, 250-dən çox canlı qüvvə cəlb olunub.
"Həyata keçirilən tədbirlər nəticəsində yanğın tam məhdudlaşdırılıb", - deyə nazir müavini vurğulayıb.//Apa.az