Axtarış...

Evdən kişi meyiti tapıldı





Tovuz rayonunda evdən kişi meyiti tapılıb.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Mayıl Nəbiyevin meyiti yaşadığı mənzildə qonşuları tərəfindən aşkarlanıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.



Şərh yaz