Axtarış...

Əli Kərimli və siyasi boyunduruq



AXCP sədri Əli Kərimli yenə öz ampluasındadır. Hər halda noyabrın 2-nə təyin etdikləri mitinqdən öncə şantaj xarakterli açıqlama göstərir ki, bu adam üçün şəxsi maraqları bütün dəyərlərdən üstündür. Kərimli bildirir ki, noyabrın 2-də keçirəcəkləri mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə "28 May" metrosunun yaxınlığındakı meydanı və "Məhsul" stadionunu təklif edəcəklər. Əgər imtina olunarsa, şəhərin mərkəzində növbəti icazəsiz aksiyaya cəhd göstəriləcək.
Bu bilirsinizmi nə deməkdir? Açıq və birbaşa şantaj! Yəni, ya mənə öz istədiyimi etməyə icazə verməlisiniz, ya da xaricdəki ağalarıma göstərəcəyəm ki, Azərbaycanda insan haqları tapdalanır. Yəni, kim həbs edilir, kim cərimələnir, bu adam üçün önəmli deyil. Önəmli olan daha çox qrant almaqdır.

Təsəvvür edin ki, adam 19 oktyabrdakı icazəsiz aksiyanın nəticələrini mitinqə çağırdığı, cərimələtdiyi, həbs etdirdiyi, hətta belə demək mümkünsə biabır etdiyi şəxslərlə deyil, Avropa Birliyinin Azərbaycandakı səfiri Kestutis Yankauskasla müzakirə edir. Səfir də deyir ki, Avropa Birliyi toplaşmaq azadlığını fundamental insan hüquqlarından biri sayır və gözləyir ki, Azərbaycan hakimiyyəti özünün beynəlxalq öhdəliklərinə uyğun şəkildə bu hüququn tam tətbiq olunmasını təmin edəcək.
Kərimli də cəsarət edib soruşmur ki, bəs Fransada "sarı jiletlilər" hərəkatı zamanı niyə o qədər insan ölüb, ondan dəfələrlə artıq sayda insan ağır yaralanıb. Soruşmur ki, Paşinyan son çıxışlarında yenə sərsəmləməkdə davam edir, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi təqdim edir. Bəs bu siyasi meymuna nə zaman "dur" deyəcəksiniz? Deyə bilməz və deməz. Səbəb çox sadədir. Əli Kərimli başa düşür ki, 26 ildir heç bir rəsmi iş yeri olmadığı halda yaşadığı lüks həyat, böyür-başında ictimai əsaslarla adıyla saxladığı mühafizəçilər, övladların bahalı məktəblərdə, universitetlərdə oxumağı boş yerə deyil. Əgər xaricdəki ağalarına qarşı bircə kəlmə artıq-əskik nəsə desə, dərhal qrantlar dayanar, 26 ildir pul maşını rolunu oynayan siyasi boyunduruğu onun başından çıxardarlar.

Amma qrant yiyələri də ağılsız deyillər. Onlar yaxşı başa düşürlər ki, bu boyunduruğu Kərimlidən daha şərəflə, daha sədaqətlə kimsə daşıya bilməz.


Ölkə.Az


Daha çox xəbər

Şərh yaz