Axtarış...

3 AXCP üzvünə 20 sutka inzibati həbs verildi

3 AXCP üzvünə 20 sutka inzibati həbs verildi

Milli Şuranın 17 noyabrda Şəhidlər Xiyabanını ziyarətgah edərkən saxlanılan 3 cəbhəçi – Ağababa Cəfərli, Ruslan Əmirov, Cavid İbrahimov isə 20 sutka inzibati cəzası verib.
24saat.org xəbər verir ki, Əli Kərimliyə 2500 manat, digər saxlanılanlara isə 400-500 manat məbləğində cərimə cəzası veriib.

Qeyd edək ki, bu şəxslər barəsində inzibati həbs qərarı çıxaılıb:

1. Əli Kərimli- AXCP sədri, İnzibati Xətalar Məcəlləsinin 513.1, 513.2 maddələri –

2. Ramid Nağıyev- 513.2 AXCP təşkilat şöbəsi

3. Ruslan Əmirov-513.2 Əli Kərimlinin könüllü mühafizəçisi

4. Tahir Həsənov- 513.2 Suraxanı şöbəsi, Babək və Bəhruz Həsənovun qardaşı

5. Cavid İbrahimli- 513.2 Xətai şöbəsi

6. Sərdar Qubadsoy-513.2 Xətai şöbəsi

7. Ağababa Cəfərli-513.2 Masallı şöbəsi

8.Əlixan Rəcəbov- 513.2 Masallı şöbəsi, 2-ci qrup əlil

9.Ramiz Cəfərov- 513.2, Xətai şöbəsi

10.Fatimə Mövlamova- 513.2 bloger

11. Nurlan Libre-513.2 Kanal13 internet televeziyasının əməkdaşı

Qeyd edək ki, noyabrın 17-i saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü arasında qarşıdurma yaranıb. Nəticədə, AXCP sədri Əli Kərimli və Milli Şura sədri Cəmil Həsənli də daxil olmaqla 52 nəfər ilə polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli sərbəst buraxılıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz