Axtarış...

Filarmoniyada növbəti konsert Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunub



Oktyabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunub. Orkestrin dirijoru Fəxrəddin Kərimov, solistlər beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova və Əməkdar artist Nərgiz Kərimovadır.

Konsertdə Soltan Hacıbəyovun "Karvan", Üzeyir Hacıbəylinin "Koroğru" operasına uvertüra, Fikrət Əmirovun "Nəsimi haqqında dastan", Qara Qarayevin "Gözəllər gözəli" və Antonio Vivaldinin "Yay" əsərləri təqdim olunub.

Qeyd edək ki, Filarmoniyanın binasında 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının iclasları keçirilib.


Daha çox xəbər

Şərh yaz