Axtarış...

Qəbələdə Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti olub

Qəbələdə Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti olub

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konserti olub.



APA-nın yerli bürosunun xəbərinə görə, iyulun 30-da Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan açıq böyük səhnədə təşkil olunan konsertdə gənc musiqiçiləri tələbə simfonik orkestrin dirijoru, “Baku Sinfonietta” orkestrinin bədii rəhbəri və baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadə müşaiyyət edib. Konsertdə tanınmış musiqiçilər, beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev (bariton) və Emil Bağırovun (klarnet) çıxışı böyük marağa səbəb olub.



Məlumat verilib ki, C.Tağızadənin rəhbərliyi ilə yaradılan tələbə simfonik orkesti Bakı Musiqi Akademiyasında “İfaçılıq” fakultəsi yaranan gündən fəaliyyət göstərir. Orkestrin konsertində Ü.Hacıbəyli, Q.Qarayev, O.Qardeli, A.Vivaldi, F.Əmirov, M.Maqomayev, J.Massne və K.Krautqartnerin əsərləri səsləndirilib. Konsert tamaşaçıların böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.



Qeyd edək ki, iyulun 31-də beynəlxalq festivalın açılış mərasimi olacaq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz