Axtarış...

Pediatrdan həyəcan təbili... - "Körpənizi “manej”ə qoymayın"



“Körpələrin “manej”ə qoyulması düzgün deyil. Sonradan onlarda müəyyən fəsadlar yaradır”

Bu fikiri pediatr Mehriban İbrahimova Redaktor.az-a açıqlamasında "manej"lərin ziyanından danışarkən səsləndirib. Onun sözlərinə görə, “manej”ə qoyulan körpənin onurğası düzgün formalaşmır:

“Hər uşağın yeni doğulandan on iki ayına qədər, bir müayinə protokolu var. Həmin protokola görə 6 ayından sonra uşaqların sümükləşmə nöqtəsinin əmələ gəlib-gəlməməsi yoxlanılır. Sümükləşmə nöqtəsi əmələ gəlmədən, tac orqanlarına yükün düşməsinə icazə verilmir. Bizim analar 5-6 aydan başlayaraq, uşağı “manej”ə qoyurlar. Körpələr ilk növbədə oturmalı, sonra iməkləməlidir. Yəni uşaq bu prosesi keçməlidir. Oynaq aparatı formalaşdıqdan sonra isə gəzməyə başlamalıdır”

Pediatr hesab edir ki, valideynlər öz rahatlıqları üçün övladlarını "manej"ə etibar edirlər:

“Uşaqlarımız iməkləməyə başlamamış valideynlər rahat şəkildə işlərini görmək üçün uşaqları “manej”ə qoyurlar. Bu zaman bədənin ağırlığı düzgün paylaşmadığına görə, ayaqlarda əyilmələr yaranır. Uşaq əvvəlcə ayağını, sonra dabanını, daha sonra isə pəncəni yerə bərkitməlidir. “Manej”də olan uşaqlar isə sallanıq vəziyyətdə ondan asılı qalırlar. Ona görə də, ağırlıq nöqtəsi düzgün formalaşmır. Ümumiyyətlə, məcburi hallarda uşaq 8 ayından sonra “manej”də otura bilər. Amma ümumilikdə, “manej”dən istifadə etməmək daha məsləhətlidir” – deyə pediatr bildirib. Mütəxəssislər deyir ki, xüsusi ilə oğlan uşaqlarında bu "manej"lər əlavə problemlərə yol aça bilir.


Daha çox xəbər

Şərh yaz