Axtarış...

Quba icra hakimiyyətindən şəhid ruhuna sayğısızlıq... - “Dayaqlar düzəltdilər ki, növbəti dəfə çökməsin”

Quba icra hakimiyyətindən şəhid ruhuna sayğısızlıq... - “Dayaqlar düzəltdilər ki, növbəti dəfə çökməsin”

“7 sinif otağından ikisinin tavanı tamamilə çökmüşdü. Müəllimlərlə valideynlər yığışıb, özləri tavanı qaldırdılar, altına da dayaqlar vurdular ki, uşaqların başına düşməsin”.

Qubanın Küçeyi kənd sakinləri belə deyir.

Kənddə 200-ə yaxın şagirdin təhsil aldığı, 50-dən çox müəllimin çalışdığı məktəb çökür. Övladları həmin məktəbdə oxuyan kənd sakinləri danışırlar ki, 40 ildən çoxdur fəaliyyət göstərən məktəb binası heç vaxt əsaslı təmir olunmayıb.

“Dayaqlar düzəltdilər ki, növbəti dəfə çökməsin”

Kənd sakini Yaqut Səlimova deyir, vaxtilə iməcilik yoluyla, çay daşlarından tikilmiş məktəb heç vaxt əsaslı təmir görməyib:

“Bir neçə il əvvəl iki sinif otağının tavanı çökmüşdü. Yaxşı ki, tavan dərs vaxtı bitdikdən sonra çöküb. Uşaqlar dağıntılar altında əzilib ölərdi. Müəllimlərlə valideynlər özləri əlbir olub tavanı yüngülvari təmir etdilər, sonra da dayaqlar qoydular ki, növbəti dəfə çökməsin” .
Məktəb binasında 7 sinif var. Siniflərin döşəməsi və tavanı qəzalı vəziyyətdədir. Siniflərin darısqal olması isə bir başqa söhbətdir. Valideynlər deyir, sinif otaqlanın sahəsi maksimum 15 kvadratmetrdir. Müasir infrastruktur normalarına görə, hər bir şagirdə 2,5 kvadratmetr sahə düşməlidir. Ancaq burada hər şagirdə heç 1 kvadratmetr də düşmür. Bu isə o deməkdir ki, hər bir şagirdə təxminən 1,5 dəfə az yer düşür. Valideyn sözünə davam edir:

Quba icra hakimiyyətindən şəhid ruhuna sayğısızlıq... - “Dayaqlar düzəltdilər ki, növbəti dəfə çökməsin”
“Bir partaya dörd şagird yerləşdirilir”

“200-ə yaxın şagirdi olan məktəbin cəmi 7 sinif otağı var, onların da hər biri vur-tut 15 kvadratmetrdir. Bir parta arxasında dörd şagird yerləşdirilir. Bu da uşaqların dərs oxumasına çətinliklər yaradır, uşaqlar özlərini narahat hiss edirlər. Bəzən uşaqlar ayaq üstə qalır. Döşəmə taxtalarında iri deşiklər əmələ gəlib, dərsin ortasında siçovullar çıxır, uşaqlar qorxur. Bəzi siniflərin tavanına isə yarıqları örtmək üçün divar kağızı çəkilib. Avadanlıqlar da Sovet vaxtından qalıb. Demək olar ki, hamısı sınıq-sınıqdır”.

Valideynlərin narazılığı həm də məktəbdə idman zalının və fənn kabinetlərinin olmamasıdır.
Müraciətlər cavabsız qalır

10 ilə yaxındır ki, məktəb 20 yanvar şəhidi Elçin Qeybullayevin adını daşıyır. Şəhidin bacısı Simuzər xanım danışır ki, məktəb binasının təmir-bərpası üçün müvafiq qurumlara müraciətləri cavabsız qalıb:

“Düzdür, məktəb binasının dam örtüyü və xarici görünüşü yenilənib. Ancaq daxili təmir olunmayıb. Məktəbə belə münasibət həm də adını daşıdığı şəhidə münasibətin göstəricisidir. Dəfələrlə Quba Rayon İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə, Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət etmişəm, baxılmır. Kürsülü, səliqəli, yeni, müasir tipli bir məktəb o uşaqların haqqı deyilmi?”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz