"Müxalifətlə masaya oturmağa hazırıq" – YAP-çı deputat

"Müxalifətlə masaya oturmağa hazırıq" – YAP-çı deputat

“Siyasi baxışlardan asılı olmayaraq, bu məsələ dövlət üçün mühüm əhəmiyyət daşıyır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) müxalifət təşkilatlarının iştirakı ilə ümummilli problemlərin müzakirəyə çıxarılacağı Dəyirmi Masanın təşkilinə təşəbbüs ehtimalını dəyərləndirən YAP-çı deputat Azər Badamov deyib.

Azər Badamovun sözlərinə görə, hakim partiya siyasi rəqibləri ilə mühüm məsələləri müzakirə etməyə hazırdır:

“Yeni Azərbaycan Partiyası digər siyasi təşkilatlarla ölkəmizi narahat edən problemlərin müzakirəsinə və qarşı tərəfin mövqeyini dinləməyə hər zaman hazırdır.

Fikrimcə, bu, siyasi baxışlardan asılı olmayaraq, dövlət üçün mühüm əhəmiyyət daşıyır və təbii ki, belə məsələləri birlikdə müzakirə etmək müsbət haldır”.
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət