Axtarış...

FİFA-nın sabiq vitse-prezidenti ömürlük cəzalandırıldı



Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) keçmiş prezidenti, FİFA-nin sabiq vitse-prezidenti Xuan Anhel Napout futbol faəliyyətindən ömürlük kənarlaşdırılıb.

Qol.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sözügedən qərar qurumun etika komitəsinin arbitraj palatası tərəfindən qəbul edilib.

Napout rüşvət almaqda günahkar bilinib. O, həmçinin, 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, Anhel Napout 2015-ci ildə FİFA-da çalışıb.



Şərh yaz