Gürcüstan Azərbaycana gətirəcəyi heyəti açıqlayıb

Gürcüstan Azərbaycana gətirəcəyi heyəti açıqlayıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AVRO-2021-in seçmə mərhələsindəki rəqibi olan Gürcüstan millisinin heyəti açıqlanıb.

APA-nın məlumatına görə, baş məşqçi Qiya Setsadze sentyabrda keçiriləcək oyunlara 23 futbolçu çağırıb.

Gürcüstan millisi ayın 5-də evdə Lixtenşteyn, 5 gün sonra səfərdə Azərbaycana qarşı oynayacaq. Yığmamızla sentyabrın 10-da keçiriləcək görüş “Dalğa Arena”da baş tutacaq.

Qapıçılar: Luka Quqeşaşvili (Qranada, İspaniya), Georgi Mamardaşvili (Rustavi), Georgi Çoçişvili (Dila);

Müdafiəçilər: Nika Mali (Saburtalo), İlya Beriaşvili (Telavi), Tornike Dzebnauri (Lokomotiv), Luka Loşoşvili (Jilina, Slovakiya), Aleksandr Andronikaşvili (Lokomotiv), David Koboori (Dinamo Tb), Laşa Uqrexelidze (Sioni), Luka Laxçeliani (Saburtalo);

Yarımmüdafiəçilər: David Samurkasov (Lokomotiv), Paata Kiteişvili (Rustavi), Nika Ninua (Dinamo Tb), Georgi Kutsiya (Dila), Revaz İnjqiya (Lokomotiv), Luka Silaqadze (Rustavi), Georgi Koxreidze (Saburtalo), Georgi Koxreidze (Adanaspor, Türkiyə);

Hücumçular: Beka Kavtaradze (Rustavi), Nuqzar Spanderaşvili (Dila), İrakli Buqridze (Beyerskot, Belçika), Vato Arveladze (Korona, Polşa).
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət