Axtarış...

Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı

Ata, həqiqətən, burada yaşamısan? — Ronaldo oğlunun qarşısında aciz qaldı

"Yuventusun" hücumçusu Kriştianu Ronaldo oğlu Kriştiano Junior ilə birlikdə uşaqlıq dövründə yaşadığı Portuqaliyanın Madeira adasındakı evini ziyarət edib.
"Ölkə.Az" Rusiya mətbuatının verdiyi məlumata istinadən xəbər verir ki, Ronaldoata yurdunu ziyarət edərkən duyğusal anlar yaşayıb. "Sportinq"ə keçməzdən öncə yaşadığı evi oğlunu göstərən superulduz övladının sualı qarşısında aciz qalıb:"Ata, həqiqətən, burada yaşamısan?"
Qeyd edək ki, Ronaldo Madeyrada anadan olub və 12 ilədək orada yaşayıb. 2017-ci ildə yerli hakimiyyət adada beynəlxalq hava limanına futbolçunun adını verib. Rəsmi mərasimdə futbolçunun özü iştirak edib. Ronaldo 2018-ci ildən etibarən "Yuventus" a aiddir, bundan əvvəl "Real", "Mançester Yunayted" və "Sportinq"kimi klublarda çıxış edib. Portuqaliyalı beş dəfə Çempionlar liqası Kubokunun sahibi olub və turnirin tarixində (126 qol) ən yaxşı bombardir olub. Hücumçu "Qızıl top"un beşqat sahibidir.



Şərh yaz