Axtarış...

Şiştəpə kəndinin sakinləri sudan ötəri min bir əziyyət çəkirlər

Şiştəpə kəndinin sakinləri sudan ötəri min bir əziyyət çəkirlər

Şəmkir rayonu Şiştəpə kəndindən redaksiyamıza daxil olan çoxsaylı müraciətlər əsasında redaksiyamızın əməkdaşları Şiştəpə kəndində sakinlərlə görüşərək onların yaranan haqqlı narazılıqlıqlarını izləyicilərimizə çatdırırıq.

Əziz izləyicilərimiz bildirmək istəyirik ki, Şəmir rayonundan müraciət edən Şiştəpə kənd sakinləri uzun illərdir ki ,yaşadıqları kəndin ərazisində içməli suyu min bir əziyyət bahasına əldə edirlər sakinlərin bildirdiyinə görə Sovtlər dönəmində kəndin ərazisində quraşdırılmış artizan quyuları tamamilə sıradan çıxdığına görə Rayon İcra hakimiyyətinə etdikləri müraciətlər nəticəsiz qalmışdır .

Bildirməkk istəyir ki,Şiştəpə kəndinin 6 mindən çox sakini hal - hazırda yaranmış vəziyyət üzündən açınacaqlı həyat şərayitində yaşayırlar. Sakinlər su ilə bağlı problemlərini rayon mərkəzindən 20 -30 manat arasında dəyişən qiymətlərlə alqıqları 5 - 10 tonluq su maşınları hesabına təmin edirlər . Sakinlər onuda qeyd etdilər ki ,əyər qış aylarında ayda 2 dəfə su almağa məcbur olurlarsa yay aylarında elə olur həftə içində 2 – dəfə təklif olunan qiymətlərlə su almağa məcbur olurlar.Kəndin ərazisində yaşayan imkansız ailələr elə olur ki , heç aylarla içməli su ala bilmirlər , Sakinlər bildirdi ki belə insanlarada ətrafda yaşayan qonşuların köməkliyiyindən istifadə edirlər.

Hörmətli izləyicilərimiz biz Şəmkir rayonunun Şiştəpə kəndində olarkən vətəndaşlar həqiqətəndə işməli su sarıdan min bir əziyyət çəkdiklərinin şahidi olduq . Güman ediril ki , bizim Şiştəpə kəndindən hazırladıqımız geniş reportaja baxan əlaqədar qurumlar Bu illər ərzində Şiştəpə kəndinin sakinlərini içməli suya həsrət qoyan mənbəni taparaq məsələnin həllinə yaxından köməklik göstərərək Şiştəpə kəndinin sakinlərinin həsrətlə gözlədiklər su problemini birdəfəlik həll edəcəklər.



REPORTAJI VİDEODAN İZLƏ






Mövzuya yenə qayıdacağıq.

MİLLİTV.az


Daha çox xəbər

Şərh yaz