Axtarış...

Bakı Apellyasiya Məhkəməsinin işçisi vətəndaşın pay torpağını əlindən alıb



Millitv.az ın redaksiyasına Quba rayonunun İkinci Nügədi kəndindən müraciət edən, Baharov Osman və həyat yoldaşı Baharova Bahar bildirirlər ki,1997 - ci ildə aparılan torpaq islahatı zamanı onlara İkinci Nügədi kəndinin inzibati ərazisində verilmiş pay torpağını beş ildən artıq bir vaxt ərzində istifadə etsələr də sonradan onların ailəsinə məxsus pay torpağı Bakı Apellyasiya Məhkəməsində şöbə müdiri işləyən Asim İkram oğlu Zülbalayev zəbt edərək əllərindən alıb və həyat yoldaşının adına rəsimləşdirmişdir.

Osmanovlar ailəsinin başçıları yaranmış vəziyyətlə bağlı bütün qurumlara müraciət etsələr də , Asim Zülbalayevin həmin qurumlara təsir etməsi səbəbindən, onların bu günə qədər müraciətləri cavabsız qalmışdır.

Hal - hazırda Məhkəmə prossesində araşdırılan yaranmış vəziyyətə Asim Zulbalayev min bir vasitə ilə təsir edərək ,Baharovların mübahisəli pay torpağlarının özlərinə qaytarılması üçün bütün subutlara və faktlara baxmayaraq Asim Zülbalayev öz təsir vasitələrindən istifadə edərək Quba rayonunda keçirilən məhkəmə prossesinin qərarını öz xeyirlərinə çıxara bilib. Osmanovlar Quba rayonunda keçirilən məhkəmə prossesləri zamanı Hakim tərəfindən dəfələrlə faktların - sübutların onların xeyrinə olduğunu deyilsə də çox təəssüflər olsun ki, sonda Asimin təsiri ilə Hakim qərarı onların əleyhinə verdiyini bildirir.

Bildirmək istəyirik ki, Baharov Osman və həyat yoldaşı Baharov Bahar işə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə şikayət veriblər. Baharovlar ailəsi 16 iyun 2020 - ci il tarixində Sumqayıt İnzibati Məhkəməsində Hakim İsmayıl Quliyevin icraatında keçiriləcək məhkəmə prossesinə obyektiv baxılması üçün, Məhkəmənin Asim Zülbalayevin növbəti sifarişini yerinə yetirməməsi üçün Prezident İlham Əliyev cənablarına və Birinci Vitse Prezident xanım Mehriban Əliyevaya müraciət edərək keçiriləcək məhkəmə prosseslərini nəzarətə götürmələrini xahiş edirlər.

Millitv.az Bildirmək istəyirik ki, yuxarıda qeyd etdiyimiz fikirlər Baharov Osman və həyat yoldaşı Baharov Bahara məxsusdur.

Hörmətli izləyicilər iddiaçıların ciddi ittihamlarının olmasını nəzərə alıb qarşı tərəfində redaksiyamıza müraciət edəcəyi təqdirdə fikirlərini dinləyib işıqlandırmağa hazırıq.


Daha Ətraflı Videodan İzlə



Millitv
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz