Türkiyəyə qarşı yeni ərazi iddiası: Erməni həyasızlığı sərhəd tanımır

Türkiyəyə qarşı yeni ərazi iddiası: Erməni həyasızlığı sərhəd tanımır
Yəhudi politoloqun çəkdiyi foto yeni sayıqlamalara rəvac verib


Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, son günlər Ermənistanda Türkiyəyə qarşı yeni ərazi iddiaları baş qaldırıb. Yeni sayıqlamalara rəvac verən başlıca amil isə yəhudi politoloqu Avigdor Eskin sosial şəbəkədə Türkiyədən çəkilən bir fotonu yayımlayaraq bu torpaqları “Qərbi Ermənistan” kimi təqdim etməsi olub. Daha doğrusu, yəhudi siyasətçi fotonun altında “yaxınd bir zamankı Türkiyə olaraq anılacaq Qərbi Ermənistan” sözlərini qeyd edib. Bu olay Ermənistanda Türkiyə sərhədləri daxilində “Qərbi Ermənistan”ın mövcudluğu ilə bağlı sərsəmləmələrə yol açıb.

Erməni mətbuatı A.Eskinin Ermənistan və Qarabağa da səfər etdiyinə diqqət çəkib.

Xatırladaq ki, tarixi Azərbaycan torpaqları üzərində bərqərar olan Ermənistan dövləti zaman-zaman ölkəmizlə yanaşı, Türkiyəyə qarşı da bu cür ərazi iddiaları irəli sürüb, öz xəstə təxəyyülünün məhsullarını real tarixi olaylar kimi təqdim etməyə çalışıb.

Bir yandan Türkiyə ilə sərhədləri açmağa çalışan, bunun üçün rəsmi Ankaraya yalvaran ermənilərin, digər yandan Türkiyəyə qarşı ərazi iddiası irəli sürməsi İrəvanın öz qonşularından heç birinə səmimi münsibət bəsləmədiyini, öz riyakarlıq və saxtakarlığından geri qalmadığını göstərir.
Oxşar xəbərlər
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət