Bakıda torpaq alqı-satqısında dələduzluq edən şəxsə hökm oxundu

Bakıda torpaq alqı-satqısında dələduzluq edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətləb Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Millitv.Az Trend-ə istinadən bildirir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Nağıyev 7 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, 2015-ci ilin mart ayında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rauf adlı şəxsin Sabunçu rayonunun Bilgəh qəsəbəsində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini saxta sənədlər əsasında başqa şəxslərə satması barədə müraciətlər daxil olub. Aparılan araşdırmalar zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunan Rauf Məmmədovun həqiqətən Bilgəh qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinə dair sənədin surətini Sərxan Qəhrəmanov adlı vətəndaşa verərək, həmin ərazinin guya özünə məxsus olduğunu bildirməsi və bu məqsədlə sonuncudan ilkin olaraq 5 min manat məbləğində pul alması müəyyən edilib. Tərəflər qalan məbləğin əvəzində Sərxan Qəhrəmanova məxsus avtomobilin R.Məmmədovun tanışı olan İlham Rzayevin adına keçirilməsi barədə razılığa gəliblər. Qanunsuz sövdələşməyə yardımçı olan Gəncə şəhər sakini Mətləb Nağıyev, həmçinin İlham Rzayev və Rauf Məmmədov sözügedən avtomobili sonuncunun adına rəsmiləşdirmək istəyərkən Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılıblar.

M.Nağıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluqda, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.
Oxşar xəbərlər
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət