Axtarış...

İsrail hərbçiləri 200-dən çox fələstinlini güllələdi –Dünyanın gözü qarşısında açıq soyqırımı…

İsrail hərbçiləri 200-dən çox fələstinlini güllələdi –Dünyanın gözü qarşısında açıq soyqırımı…

Dünən- avqustun 3-də , cümə günü Qəzzada növbəti dəfə Böyük Qayıdış Marşı keçirməyə çalışan Fələstin müsəlmanları İsrail hərbçiləri tərəfindən kütləvi şəkildə güllələnib.

1 nəfər yerindəcə ölüb, qalanların isə vəziyyəti ölümcüldür.

Fələstin Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kudranın yaydığı məlumata görə, 25 yaşlı gənc Əhməd Yaqi aldığı partlayıcı güllə yarasından yerindəcə keçinib. 220 fələstinli ağır yaralanıb, onlardan 90-ı daha ağır vəziyyətdədir.

Xəbərdə xatırladılır ki, mart ayından başlamış Böyük Qayıdış Yürüşündə yəhudi əsgərlər tərəfindən azı,160 fələstinli həlak edilib. Onların arasında 20 uşaq, eləcə də qadınlar, tibb işçiləri, jurnalistlər var. Bu müddət ərzində 16 min müsəlman yaralanıb.
Fələstinlilər 70 il öncə -1948-ci ildə ölüm təhdidi altında doğma yurdlarından qovulmuş 1 milyona yaxın ərəbin öz torpaqlarına qayıtması hüququnun bərpa edilməsini və "açıq səma altında həbsxana"nın –Qəzzanın blokadasının aradan qaldırılmasını tələb edirlər.

moderator



Şərh yaz