Axtarış...

İş Elanı

İş Elanı

Millitv.az xəbər verir ki, illərdir Azərbaycanda kiberdələduzluq halları baş verir və verməkdədir. Son zamanlar bu hal üstünlük təşkil edir. Bunlardan biri də "İnstagram" platformasında istifadəçilərin qarşısına çıxan "Kontakt Home" mağazalar şəbəkəsinin iş elanıdır.

Guya ki, adı çəkilən şəbəkə "onlayn köməkçi" vakansiyası elan edir. Sadəcə telefon vasitəsilə təcrübə tələb olunmadan gündəlik 50-120 manat aralığında qazanc əldə edə bilərsiniz.

Məsələ ilə bağlı "Kontakt Home" - un qaynar xətti ilə əlaqə saxladıq. Bizə bildirildi ki, bu iş elanı onlara aid deyil. Daha sonra həmin mağaza şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Vəfa Rüstəmova ilə əlaqə saxladıq. O, belə bir vakansiyanın mövcud olmadığını dedi.
"Belə bir vakansiya mövcud deyil. Vakansiyalarımız barədə məlumatlar rəsmi sosial media səhifələrimizdə və saytımızda paylaşılır."

Bəs bu elanı kim və niyə paylaşır ? - sualına cavab olaraq isə: "Hər hansı konktet fikrim yoxdur təəssüf ki. Lakin xoş niyyətlə paylaşılmadığı dəqiqdir.

İKT mütəxəssisi Fərhad Mirəliyev isə fikirlərini belə bölüşdü:

"Burada bir neçə variant ola bilər. Amma mən böyük ehtimalla fikirləşirəm ki, dələduzluqdur. Siz o ünvanlara müraciət edib "Whatsapp" ilə əlaqə saxlasanız ola bilər ki, sizdən hansısa bir anketin doldurulması və yaxud da müraciətin qeydə alınması üçün müəyyən bir məbləğ istənilsin. Artıq dələduzlar sizdən məbləği aldıqdan sonra sizi bloklayacaqlar və yaxud sizin sorğularınıza cavab verməyəcəklər. Yəni müxtəlif ssenarilər mümkündür. Ona görə əgər bu formada paylaşım rəsmi səhifələrdə, rəsmi sosial şəbəkələrdə, rəsmi internet resurslarda yayımlanmayıbsa və rəsmi şəkildə şirkət özü bu elanın ona aid olmadığını israr edirsə, o deməkdir ki, bu yalnız dələduzluqdur."

Yaxşı, bəs saxta iş elanlarını paylaşan şəxsləri qanunla nə gözləyir ? Suala cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev söylədi ki:

"Sosial şəbəkələrdə işə qəbulla bağlı saxta elanlarla insanları aldadan və onların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı daxil olmuş müraciətlər araşdırılır. Vətəndaşları narahat edən hüquqpozmalara qarşı tədbirlər görülür.

Naməlum şəxslər vətəndaşlarla əlaqə saxlayaraq hər bir şəxsdən işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun köçürülməsini istəyirlər. Həmin məbləği nağdlaşdırdıqdan sonra isə zərərçəkənlərin əlaqə nömrələrini bloklayırlar.

Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, internet üzərindən alış-veriş, iş elamları, mənzil kirayəsi və digər paylaşımlardan ehtiyatlı olsunlar.

Bir daha vətəndaşlara tövsiyə edilir ki, elan saytlarında yerləşdirilən məlumatlara münasibətdə diqqətli olsunlar, onlayn ödənişlər etməsinlər" - deyə o bildirdi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz