Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi Adilov Şirəlinin anası Abdullayeva Zümrüd “Kontakt Home”dan alınan və şəhidin istifadə etdiyi yataq dəstinin borca görə şirkət əməkdaşları tərəfindən aparıldığını iddia edib.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə Vətən müharibəsi qazilərinin şəhid anasının iddiaları ilə bağlı “Kontakt Home” mağazalarından birinə üz tutmasını əks etdirən kadrlar yayılıb. Kadrlarda qazilərin, hansı səbəbdən olursa olsun, belə addım atılmasını qınadığı müşahidə olunur.
Sözügedən kadrları təqdim edirik:
Qeyd edək ki, Yeniavaz.com olaraq şəhid valideyninin iddiaları ilə bağlı "Kontakt Home" mağazalar şəbəkəsinə rəsmi müraciət ünvanlamışıq. Hələ ki, heç bir açıqlama verilməyib.