Axtarış...

“Narkotik Asılılığına Qarşı Mübarizə” layihəsinin növbəti təlimi keçirildi.

“Narkotik Asılılığına Qarşı Mübarizə” layihəsinin növbəti təlimi keçirildi.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sosial İnkişaf Yardım İctimai Birliyinin təşkilatçılığı və 161 nömrəli tam orta məktəbin ev sahibliyi ilə “Narkotik Asılılığına Qarşı Mübarizə” layihəsinin növbəti təlimi keçirildi.

Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar bir dəqiqəlik sükut elan olundu və onun xatirəsi ehtiramla yad edildi.

Tədbirin açılışını 161 nömrəli tam orta məktəbin direktoru Rəna xanım edərək iştirakçıları salamladı. O, gənclərin narkotik asılılığından qorunması istiqamətində aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışdı və belə layihələrin gənclərin sağlam gələcəyi üçün əvəzsiz rol oynadığını qeyd etdi.

Daha sonra Sosial İnkişaf Yardım İctimai Birliyinin icraçı direktoru və layihə rəhbəri Zakir Quliyev çıxış edərək layihənin əsas məqsədlərini açıqladı. O bildirdi ki, layihə, gəncləri sağlam həyat tərzi sürməyə həvəsləndirmək və narkotiklərdən uzaq durmağa çağırmaq istiqamətində mühüm töhfələr verir.

Ardınca Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi, polis polkovnik-leytenantı Natiq İsbatov çıxış etdi. O, hüquq-mühafizə orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə və gənclərin bu məsələdə maarifləndirilməsinin əhəmiyyətini vurğuladı.

Sonra Bakı şəhəri Narkoloji Mərkəzin həkim-narkoloqu Sevda Mirzəyeva çıxış edərək narkotik asılılığının fərdlər və cəmiyyət üçün yaratdığı təhlükələrdən danışdı. O, həmçinin narkotikdən asılı şəxslərin reabilitasiyası və bu prosesin əhəmiyyəti haqqında məlumat verdi.

Layihənin təlimçisi, Gənclər Fondunun qeydiyyatında olan təlimçi və Gənclərin Antinarkomaniya İctimai Birliyinin sədri Büllur xanım tədbirdə çıxış edərək layihənin gənclərin məlumatlılığını artırmaq və onların maariflənməsinə töhfə vermək baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdi. O vurğuladı ki, gənclərin narkotiklərdən uzaq durması üçün həm maarifləndirmə işləri, həm də onların sosial aktivliyinin artırılması vacibdir.








Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz