Bu günlərdə Ulu Öndər Heydər Əliyevin anım günü qardaş Türkiyədə də böyük ehtiramla yad edilir.
Keçirilən bütün tədbirlərdə Ulu Öndərin xatirəsi yad edilir, onun irsi haqqında iştirakçılara geniş məlumat verilərək Azərbaycanı tərənnüm edən və H.Əliyevin həyat və fəaliyyətini əks etdirən ədəbi-bədii videoçarxlar nümayiş etdirilir.
H.Əliyevin həyat və fəaliyyətiylə baglı Türkiyənin müxtəlif şəhərlərində və İstanbulda keçirilən tədbirlərdə bir çox dərnəklərlə yanaşı İstanbul Azərbaycan Dostluq Dərnəyi də xüsusi fəallıq göstərir. Dərnəyin sədri Xuraman Hülya Agasoyun təşkilatçılığı ilə dekabrın 10 - da H.Əliyevin anısına düzənlənən Türkiyə - Azərbaycan QHT - lərinin Forumu, Türkiyədə fəaliyyət göstərən digər dost ölkələrin dərnəklərində keçirilən dəyirmi masalar bu fəaliyyətin bariz göstəricisidir.
Xuraman Hülya Ağasoy iştirak etdiyi bütün tədbirlərdə H.Əliyevin Azərbaycançılıq məfkurəsini hər zaman geniş təbliğ edərək İstanbulun Halkalı bölgəsində fəaliyyət göstərən H.Əliyev adına Azərbaycan məktəbində də Ulu öndərin anım günündə, başçılıq etdiyi dərnək və məktəbin idarə heyəti tərəfindən birgə təşkil edilmiş tədbirdə müəllim kollektivi və şagirdlərlə söhbət edərək onların da bu ideyanın təmsilçiləri olduqlarını və soydaşlarımızı ətrafında birləşdirən Azərbaycançılıq ideyasını daima yaşadacaqlarına əmin oldugunu dilə gətirdi.
Keçirilən tədbirdə Ulu Öndər H.Əliyevi ve Qarabağ şəhidlərini bir dəqiqəlik sükutla yad etdikdən sonra, məktəbin şagirdləri Ulu Öndərin həyat və fəaliyyətiylə baglı hazırladıqları proqramla çıxış etdilər.
Şagirdlər, eyni zamanda, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü bizə bəxş etmiş Umummilli lider haggında bilgilərini sərgiləyərək Azərbaycan, H.Əliyev və 44 günlük vətən müharibəsində qazandıgımız uğurlara həsr edilmiş şerlər söyləyiblər.Tədbir iştirakçıları Ulu Öndərlə baglı məktəb şagirdlərinin çıxışlarını dərin ehtiram və hörmətlə dinləyərək alqışlarladılar.
Digər çıxışçılardan sonra tədbirin sonunda İstanbul Azərbaycan Dərnəyinin Sədri Xuraman H. Agasoy bir daha söz alaraq Türkiyə və Azərbaycan qardaşlığından,Türkiyədə yaşayan azərbaycanlıların öhdələrinə düşən vəzifələrdən danışaraq H.Əliyev və Mustafa Kamal Atatürkdən minnət və şükranla bəhs etdi.
Daha sonra tədbirin bütün iştirakçıları və məktəblilər böyük ruh yüksəkliyi ilə hər iki öndərin artıq dillərə əzbər olan
" Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir " və " Biz bir millet- iki dövlətik " sloqanları coşqulu alqışlar altında söylənilib.
Tədbirdə Azərbaycanla baglı viktorina keçirildi və sualları dogru şəkildə cavablandıran məktəblilərin bilik səviyyəsi iştirakçıların təqdirini qazandı.
H.Əliyevin anım günü və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş tədbirin sonunda İstanbul Azəbaycan Dostluq Dərnəyinin Sədri Xuraman Hülya Agasoy məktəbin müəllim kollektivinə, şagirdlərə, onların ailələrinə və dərnəyin əməkdaşlıq etdiyi Türkiyənin "Vəfa" Beynəlxalq İnsani Yardım Dərnəyinin təmsilçilərinə təşəkkür etdi.
Tədbirdə iştirak edən soydaşlarımız bu kimi əhəmiyyətli tədbirlərin Vətəndən uzaqda yaşayan azərbaycanlılar üçün böyük önəm daşıdıgını bir daha vurguladılar.
H.Əliyevin anım günü ilə bağlı düzənlənən tədbirin sonunda İstanbul Azərbaycan Dostluq Dərnəyi və "Vəfa " Beynəlxalg İnsani Yardım Dərnəyinin üzvləri tərəfindən məktəblilərə Yeni İl hədiyyələri təqdim edildi.
Millitv.az