Axtarış...

Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
Biləsuvarda Vətəndaşlar və Şəhid Ailələrinin Ailə Üzvləri Həlli Vacib Olan Bir Çox Problemlərin Həllində Bəzi Məmurların Biganəliyindən Danışdılar.
26 Avqust Laçın Şəhərinin İşğaldan Azad Olunduğu Gün, Türk və Müsəlman Dünyasının Şəriksiz Qadın Lideri, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevanın Doğum Günüdə Qeyd Olundu

"Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin icrası zamanı "Heydər Əliyev - 100 il" və "Uşaqlar Bizim Gələcəyimizdir" adlı şeir müsabiqəsidə keçirildi şəhidlərimizin və qazilərimizin övladları, Qızıl, Gümüş, Bürünc medallarla və digər hədiyyələrlə təltif olundular.

“Sosialdovlet.az xəbər verir ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 22 avqust 2023-cü il tarixində Birliyin sədri Faiq Əhmədovun rəhbərliyi ilə təşkilatın sədr müavini Rauf İliyasoğlu, Nizami rayon Qadınlar şurasının sədri Gülnarə Məmmədova, təşkilatın mətbuat katibi Hamlet Abbasov, gənc ifaçı Sənan Cəlilov və könüllülərdən ibarət layihə qrupu ilə birlikdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin icra planına uyğun olaraq həyata keçirilməsi üçün Biləsuvar rayonuna səfər etmişdilər. Layihə çərçivəsində Biləsuvar rayon Heydər Əliyev mərkəzinin Akt zalında, fəaliyyət planına uyğun olaraq ictimai müzakirə təşkil edildi.

Tədbirdə Bakıdan gələn qonaqlarla yanaşı, rayon sakinləri, o cümlədən “Sosial Dövlət Naminə” İctimai Birliyinin Biləsuvar rayon təşkilatının sədri Elçin Şirinov, sədr müavinləri, şəhid anası Tamella Hüseynova, Fərhad Muradov, həmçinin rayon təşkilatının üzvləri, ictimai fəallar, şəhid anaları, qazilər və onların ailə üzvləri, digər kateqoriyadan olan vətəndaşlar iştirak edirdilər.

Tədbiri təşkilatın sədr müavini Rauf İlyasoğlu açaraq iştirakçıları salamladıqdan sonra, Dövlət himni səsləndirildi. Ardınca Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək şəhid olmuş Vətən övladlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edildi. Rauf İlyasoğlu təşkilatın sədri Faiq Əhmədovun müəllifi olduğu və rəhbərliyi altında çapa hazırlanmış məlumatlandırıcı kitabçadan, eləcə də vətəndaşlara göstərilən sosial-hüquqi xidmətlərdən danışdıqdan sonra çıxış üçün söz təşkilatın sədri Faiq Əhmədova verildi.

Layihə rəhbəri Faiq Əhmədov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, onun və komandasının Biləsuvar rayonuna səfərləri əlamətdar hadisələrə - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum gününə və eyni zamanda 26 avqust Laçın şəhərinin işğaldan azad olunduğu günə təsadüf edir. Bildiyimiz kimi 26 avqust Türk və Müsəlman Dünyasının şəriksiz qadın lideri, ölkəmizin və xalqımızın rifahı naminə öz fəaliyyətini uğurla davam etdirən, təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası və ümumiyyətlə bəşəriyyət üçün örnək işlər görən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Yuxarıda qeyd etdiyim kimi 26 avqust Laçın şəhərinin işğaldan azad olunduğu gündür. Həmin gün təkcə Laçın şəhərinin sakinləri deyil, qəlbi Azərbaycanla döyünən hər kəs sevinc göz yaşlarına “boğuldu”. Şəhid anaları sözün əsl mənasında, öz oğulları ilə qürür duydular. Rəsul Rza demişkən: "Həmin gün Laçında güllələr yox, güllər açıldı. Laçın həmin gün topların səsini deyil, Azərbaycan xalqının müsəlləh əsgərinin odlu nəfəsini duydu". Fürsətdən istifadə edib Azərbaycanımızın dilbər guşələrindən olan Laçın şəhərinin və digər rayonlarımızın Ali Baş Komandanın Dəmir Yumruğu altında işğaldan azad olunması münasibətilə şəxsən ölkə başçısı cənab İlham Əliyevi, Azərbaycan xalqını, eyni zamanda doğum günü münasibətilə Mehriban xanım Əliyevanı öz adımdan və rəhbəri olduğum təşkilatın çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, sonsuz sayda xoşbəxt illər və Azərbaycan adına yeni-yeni nailiyyətlər arzulayıram!

Daha sonra Faiq müəllim, onu da bildirdi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi ilə layihə çərçivəsində müxtəlif istiqamətlərdə apardıqları fəaliyyət növlərinin ictimai əhəmiyyəti yüksəkdir. Nəzərinizə çatdırım ki, rəhbəri olduğum "Sosial Dövlət Naminə" İctimai Birliyinin "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin icra planına uyğun olaraq həyata keçirtməklə yanaşı, Ümummilli Lider Heydər Əliyevin 100 İlliyi ilə əlaqədar da həyata keçirtdiyimiz "Heydər Əliyev – 100 İl” - “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbirlərimizə şəxsi büdcəmiz hesabına Türkiyədən aldığımız Min ədəd üzərində Ümummilli Lider Heydər Əliyevin şəkli olan köynəklər, medallar, fəxri diplomlar, xüsusi ölçüdə hazırlanmış baner və s. sosial maarifləndirmə işinin bir hissəsi kimi qiymətləndirilə bilər. Biz bu və bu kimi tədbirlərlə Ulu öndər Heydər Əliyevin sosial sahədəki ardıcıl iş prinsipini və dövlətçilik uğurunu regionlarda gələcək nəsillərə çatdırmaq niyyətindəyik.
Çünki hələ sağlığında Ümummilli Lider Heydər Əliyev uşaqlar haqqında belə deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır". Bir daha xüsusi olaraq qeyd edirəm ki, bizim məqsədimiz eyni hədəfdir - “Sosial Dövlət Naminə”. Bu yol bizi cənab prezident rəhbərliyiniz altında daha xoşbəxt sabahlara aparır.

Sonra Birliyin mətbuat katibi Hamlet Abbasov, Biləsuvar rayon təşkilatının sədri Elçin Şirinov və həmçinin rayon təşkilatının üzvləri, ictimai fəallar, şəhid anaları, qazilər və onların ailə üzvləri, digər kateqoriyadan olan vətəndaşlar çıxış edərək “Sosial Dövlət Naminə” İctimai Birliyinin hazırladığıı marifləndirici nəşrin hər kəsin stolüstü kitabı olacağını vurğuladılar və rayonda həlli vacib olan bir çox problemlərin həllində bəzi məmurların biganəliyindən danışdılar.

Tədbirin sonunda müasir Azərbaycanımızın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev – 100 İl” - “Uşaqlar bizim gələcəyimizdir” adlı orta məktəb şagirdləri arasında şeir yarışması keçirildi və qaliblərə xüsusi mükafatlar təqdim olundu. Keçirilən müsabiqə zamanı 1-ci, 2-ci, 3-cü yerləri tutan şagirdlərə qızıl, gümüş, bürünc medallar və üzərində Heydər Əliyevin şəkili olan “Nə qədər Azərbaycan Var, Mən də Varam” köynəyi və "Heydər Əliyev 100-İl" Fəxri Diplomları təqdim olunmuşdur. Müsabiqədə iştirak edən digər fəal şagirdlər isə söylədikləri şeirlərinə görə "Fəxri Diplom"larla mükafatlandırıldı.

Tədbirdə layihə üzrə 100 nəfər vətəndaşın iştirakı nəzərdə tutulsa da, 300 nəfərə yaxın rayon sakini iştirak edirdi. Sonda xatirə şəkilləri çəkildi, paylanma materialı (kitabçalar) iştirakçılara hədiyyə olundu.

Sonda bir daha qeyd edirik ki, “Sosial Dövlət Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyilə “2023-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində 1 iyul – 30 sentyabr tarixlərində həyata keçirilən üç aylıq "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" mövzusunda layihəsi regionlarda geniş ictimaiyyətə təqdim olunur.



İlahə Məmmədova,
"Sosial Dövlət Naminə" İctimai Birliyinin,
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri


MİLLİTV.AZ
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz