Axtarış...

ADAU-da `NAZARAT`ın özünə bir `NAZARAT` lazımdır... - Ayə, çəkilin... BƏŞİR GƏLİR!


"Fikrimizcə bu gün Azərbaycanda təhsil müəssisələrinə kadr təyinatında həssas məqamlara diqqət yetirmək daha vacibdir. Ən əsası da təyinat zamanı kadrın milli mənsubiyyətinin araşdırılması olduqca ciddi araşdırılmalıdır. Hamıya yaxşı məlumdur ki, uzun illər biz ən ağır bəlaları milli mənsubiyyəti qaranlıq olanlardan yaşamışıq". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra qeyd olunur: "Belələri heç vaxt işlədiyi quruma sadiq olmayıb, istənilən vaxt bütün sahələr üzrə xəyanətə hazır olublar. Bir də ən böyük bəla budur ki, onların dara düşən kimi həmən havadarları tapılır və ciddi-cəhdlə milli mənsubiyyəti qaranlıq olan bu adamların müdafiəsinə qalxırlar.

Belə nüxsələrdən biri də Azərbaycan Dövlət Aqrar Universitetindədir və saniki onun iş göstəricisi qanunauyğun uğurlarla deyil vurduğu ləkələrlə ölçülür...

Bəşir Bağırzadə

Universitetin Daxili Nazarət şöbəsinin müdiri Bəşir Bağırzadədən gedəcək söhbət. Bir müddət Gəncə Dövlət Universitetində rektor köməkçisi işləyən bu "unikal kadrı" hansısa bir gözəgörünməz qüvvə götürüb yerləşdirdi ADAU-ya. Özü də sıradan bir işə yox, yenicə yaradılan Daxili Nazarət şöbəsinə müdir müavini.

Özü balaca olsa da, göndərdikləri vəzifə balaca deyildi.

O həm də GDU-nun məzunu idi və ixtisası da qətiyyən yerləşdirildiyi vəzifəyə uyğun deyildi. Bu şöbənin fəaliyyət istiqaməti isə belədir. “Daxili nəzarət şöbəsi Universitetdə xidməti araşdırmalar, daxili audit yoxlamaları və monitorinqləri həyata keçirir, aşkar edilmiş nöqsanların və hüquq pozuntularının səbələrini müəyyən etməklə onların aradan qaldırılması ilə bağlı təkliflər verir, struktur bölmələr tərəfindən onların fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, əsasnamələrin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirir, daxil olmuş müraciət və şikayətləri araşdırır, qanunvericiliyə uyğun tədbirləri həyata keçirir.” Bu təlimatda belədir.

Ancaq Bəşir Bağırzadənin real fəaliyyəti tamamilə bunun əksinədir. Harda qaranlıq və neqativ işlər varsa Bəşir Bağırzadə ordadır. Kifayət qədər də universitetin işgüzar fəaliyyətinə kölgə salmaqdan məmnundur.

Artıq 3 ilə yaxındır ki, Bəşir Bağırzadə kölgəli fəaliyyətini şöbənin müdiri kimi gerçəkləşdirir. Aqrar Universitet məlum olduğu kimi tələbə-müəllim münasibətlərinin səmimi və şəffaf olduğu bir təhsil müəssisədir. Çox təəssüf ki, tələbə-müəllim heyyəti təkcə Bəşirlə dil tapa bilmir. Çünki onun dilinə köklənməyə maddi imkanları yol vermir.

Qayıdaq Bəşir Bağırzadənin qaranlıq keçmişinə. Ən qara ləkə onun hərbi vətənpərvərliyi ilə bağlıdır. Vətən müharibəsi ərəfəsində gənclər könüllü şəkildə cəbhəyə yollandığı halda o qaçıb gizləndi və dizertir adını qazandı. Halbuki ADAU-dan xeyli gənc könüllü şəkildə cəbhəyə yollandı və şərəflə də döyüşdü. Bəli, düz eşitdiniz. 2-ci Qarabağ müharibəsindən qaçıb gizlənib. Bu barədə saytlar, ümumilikdə multi-media vasitələri az qala hər gün "dzertir Bəşir" deyə yazdılar.

Amma o, bunların qarşısında fakt qoya bilməsə də, hələ də "daxili nəzarət"in sədridir və qaranlıq əməllərini davam etdirir. Digər qanunsuz əməlləri bir yana akademik heyət, bütövlükdə kollektivlə də çox kobud davranır. Bu kiçik adam professordan, fəlsəfə doktorlarından, müəllimlərdən izahat tələb edir, onların dərslərinə müdaxilə edir, bir sözlə at oynadır..."

DAHA DETALLI NÖVBƏTİ YAZIDA... Bizi mütləq izləməyə davam edin...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz