"ABŞ prezidenti Co Bayden İndoneziyada və ya G20 sammitində rusiyalı həmkarı Vladimir Putinlə görüşmək niyyətində deyil" .
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinq zamanı bildirib.
“Vladimir Putinlə G20-də görüşmək planı yoxdur və ya hazırda Putinlə bu səviyyədə söhbət etmək niyyətində deyil”, – Kirbi bildirib.
Onun sözlərinə görə, Bayden Ukraynada baş verənləri , o cümlədən son bir neçə gündə baş verənləri nəzərə alaraq, Rusiya ilə “həmişəki kimi” iş aparmağı mümkün hesab etmir.
Ağ Evin sözçüsü onu da qeyd edib ki, Amerika prezidentinin Putinlə Rusiya Federasiyasında məhkum olunmuş ABŞ vətəndaşları Pol Uilan və Britni Qrinerin azadlığa buraxılmasının müzakirəsinin mümkünlüyü barədə sözləri “potensial hipotetik” planda deyilib.
Bundan əvvəl bildirilmişdi ki, İndoneziya G20 sammitində bütün ikitərəfli görüşləri, o cümlədən prezidentlər Vladimir Putin və Co Bayden arasında danışıqları keçirməyə hazırdır.
G20 sammiti noyabrın 15-16- da Balidə keçiriləcək.