Axtarış...

Xamenei ABŞ və İsraili hədələdi: “Mütləq sərt cavab alacaqlar!”

Xamenei ABŞ və İsraili hədələdi: “Mütləq sərt cavab alacaqlar!”

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei İsrail və ABŞ-ı hədələyib

Xamenei Tehranda İmam Xomeyni Hüseyniyyəsində universitet tələbələrini qəbul edib.

Ali rəhbər bu görüşdə "İran millətinin hərbi, silah və siyasi hazırlığı üçün edilməsi lazım olan hər şeyi mütləq edəcəyik və əlhəmdülillah, hakimiyyət bunu hazırda edir" deyib.

“Əlbəttə, İran xalqı və hakimiyyəti qlobal imperializm və bu gün dünya nizamını idarə edən cinayət aparatı ilə qarşı-qarşıya gəlməkdən çəkinməyəcək. Bundan əmin olun”, - deyə əlavə edib.

Çıxışının sonunda Ayətullah Xamenei deyib: “ABŞ və İsrail rejimi də daxil olmaqla bütün düşmənlər bilməlidirlər ki, İran və müqavimət cəbhəsinə qarşı hərəkətlərinə görə mütləq sərt cavab alacaqlar”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz