Axtarış...

Ağalar Vəliyevin biznesmen oğlunun “Kristal Bakı” şirkəti cərimələndi - BUNA GÖRƏ...



Azərbaycanda binalar inşa edən “Kristal Bakı” ASC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.

Hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Amma cərimənin miqdarı açıqlanmayıb.

Xatırladaq ki, “Kristal Bakı”nın əsas fəaliyyəti yaşayış binalarının tikintisi və satışından ibarətdir. Şirkət 2020-ci ildə dövlət qeydiyyatdan keçib, hazırda qanuni təmsilçisi Dostumaliyev İbrahim Cəfər oğludur. Bununla yanaşı, şirkətin Milli Məclisin deputatı Ağalar Vəliyevin ailəsinə məxsus olduğu barədə mətbuatda iddialar yer alıb. Məlumatlara görə, şirkətin əsas səhmdarı A.Vəliyevin oğlu Pərviz Vəliyevdir. O, şirkətin nizamnamə kapitalının 50 faizinə sahibdir.

2020-ci ildə təsis edilmiş şirkət 2021-ci ildə 2.38 mln. manat, 2022-ci ildə 11.97 mln. manat, 2023-cü ildə isə 15.45 mln. manat zərər edib.

P.Vəliyev eyni zamanda bu ilin əvvəlindən “Crystal Group of Companies”in Müşahidə Şurasına da sədrlik edir. 42 yaşlı biznesmen uzun müddət Maliyyə Nazirliyi strukturlarında və Hesablama Palatasında müxtəlif məsul vəzifələrdə çalışıb. 2015-ci ildə “PZ” Şirkətlər Qrupu MMC-nin prezidenti vəzifəsini daşıyıb, 2018-ci ildə isə “Azəraqrartikinti” ASC-nin sədr müavini təyin edilib. “Azəraqrartikinti”nin Müşahidə Şurasının sədri isə Ağalar Vəliyev özüdür.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz