"RR Constructions" tikinti şirkətinin fəaliyyətində nöqsanlar aşkarlanıb.
İqtisadiyyat.az xəbər verir ki, MTK-nın məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirmədiyi məlum olub.
Buna görə də Ədliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib və iş hakim Orxan Məmmədlinin icraatına verilib.
Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, "RR Constructions" şirkəti 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 300 010 manatdır. MTK-nın qanuni təmsilçisi Nadir Abdullayev, rəhbəri isə Rafael Abdullayevdir.