Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Siyəzən Broyler" ASC-nin fəaliyyətində nöqsanlar aşkarlayıb.
İqtisadiyyat.az xəbər verir ki, aparılan yoxlamalar nəticəsində ASC-nin atmosferi çirkləndirdiyi məlum olub.
Buna görə də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Siyəzən Rayoh Məhkəməsinə göndərilib və iş hakim Bəylər Ələkbərovun icraatına verilib.
Aprelin 23-də məhkəmə iclası keçiriləcək.
Hakim iddianı təmin edərsə, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə "Siyəzən Broyler" ASC-ni yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə gözləyir.