Axtarış...

"Həm bətnimdəki körpə, həm də mən hər an təhlükədəyik..." - GİLEY


Yüksək düşük təhlükəsi ilə oktyabr ayının 18-i Abşeron Rayon Mərkəzi Xəstəxanasına İcbari Tibbi Sığorta ilə müraciət edən vətəndaş Gülnar Rəhimli bildirib ki, xəstəxanada ona qarşı laqeyidlik olunub.

Tribunainfo.az-a şikayətini bildirən vətəndaş Gülnar Rəhimlinin sözlərinə görə, həmin gün xəstəxanada dava düşüb.

Qanaxmalı olduğu halda və uşağını itirəcəyi bir vəziyyətdə nəinki ona, hətta digər müraciət edən xəstələrə də məhəl qoyulmayıb.

“Həmin an xəstəxanadan çıxdım çünki məni saya salan olmadı. Xəstəxananın qapısı önündə suyum gəldi. Ardınca qanaxma başladı. Yenidən acildən yoldaşımla birgə xəstəxanaya daxil oldum. Acildən şikayətim yoxdur. Daha sonra məni ultrasəs müayinəsinə (USM) apardılar. 3 USM otağı olmağına baxmayaraq 20 dəqiqədən çox məni gözlətdilər. Mənə oturmaq belə olmaz, vəziyyətim o qədər kritik idi. Kobud davranışları, insanlara sadəcə qarışqa kimi yanaşılması mənə çox pis təsir etdi. Qan itirdiyimə görə çox üşüyürdüm. Bir saatdan çox gözlədim ki, yorğan gətirsinlər. Allahın çayını belə gec verdilər. Tibb bacısı və növbətçi həkimdən razıyam çünki dəfələrlə tapşırdılar ki, mənə çay verilsin, diqqətlə yanaşdı. Çayı gətirən hündür, ağbaş qadın stəkanı çaxdı, sərt davrandı. Birincisi bu iş etikasından kənardır. Bunların mənə qoşduğu sadəcə renger olub. Mənim problemim ikitərəfli cift ayrılmasıdır. Üstəlik miyoma və kista var. Hər an yüksək düşük təhlükəsi yaşayıram. Mən TƏBİB-ə xəstəxanadakıların xoşagəlməz davranışı ilə və mənə ciddi yanaşılmaması ilə bağlı şikayət ünvanladım. Həm bətnimdəki körpə həm də mən hər an təhlükədəyik. Çünki cift ayrılması ananın da təhlükədə olmağını göstərir. Həm ana həm də uşaq ölümü gerçəkləşə bilər. Xəstəxana tərəfindən deyil, mən özüm bütün dərmanlarımı alıram. TƏBİB-ə şikayət etdikdən sonra məni ultrasəs müayinəsinə qəbul etdilər. EXO-dan da məni geri göndərdilər. Həkim yönləndirdiyi halda baxmırlar. İkinci dəfə TƏBİB-ə şikayət etdim deyə sonra EXO etdilər. Lakin şikayətçi olmuşam deyə başdansovdu, kobud davrandılar. Hələ də mənə düzgün müalicə, müayinə tədbirləri görülmür. Burada ayrıseçkilik halları baş alıb gedir. Rüşvət verən xəstələrə, öz adamlarına, öz işçilərinə çox yaxşı baxırlar. Şöbə müdirinə dəfələrlə şikayətimi bildirdim. Ümumiyyətlə məni ciddiyə almırlar. Tibbi Sığortadan mütəxəssis zəng etdi amma görünən odur ki, onların da bu xəstəxanaya gücü çatmır. Mən bir daha övlad sahibi olmaya bilərəm. Ona görə bu qədər narahatam və bir vətəndaş kimi mənə normal yanaşılmasını tələb edirəm. Sanki onlar üçün insan öldü, uşaq öldü, qarışqa öldü fərq etmir. Bir saat belə önəmli olan vacib testimə barkod vurmurlar. Dörd gündür artıq yubadıblar. Qulağımla eşitdim ki, həkim dedi uşaq içəridə ölə bilər, testin cavabını göndərin. Bu başıbağlı növbətçi həkim idi. Çox sağ olsun, baxmaya da bilərdi. Amma maraqlandı. Onun sayəsində 4 gün sonra nəhayət mənə iynə vuruldu. Gəlib qapıdan “necəsən?” deyib çıxıb gedirlər. Mənə deyirlər Allaha burax. Ondansa gedib evdə oturaram. Ancaq evə də getmək olmaz, vəziyyətim kritikdir deyirlər. İcbri Tibbi Sığorta ilə bu xəstəxanaya təyin olunmuşam, evimə də yaxındır deyə dərmanları alıb gətirmək rahat olur. Hər gün burada məni ağladırlar. Mənə deyirlər mahnıya qulaq as. Bəzən heç həkim belə tapmaq olmur. Ürəyim getmişdi, başım şkafa dəydi, bir həkim belə tapa bilmədim. Yeməkləri də sanki pişik qabağına atılan bir tikə loxmadır. Mənim imkanım özəldə yatmağa münasib deyil. Mən işləyirəm və sığorta bura pul ödəyir. Mənim haqqımdır burada yatmaq. Mən onlara hörmət də edərdim ancaq onlar mənlə o qədər kobud davranırlar ki, şikayət edirəm və rüşvət vermirəm deyə daha da vicdansızlaşırlar. Hətta həkimlərdən biri şikayət etdiyimə görə üstümə də gəldi. Dedim üstümə niyə gəlirsiniz? Bunlar TƏBİB-dən belə çəkinmirlər. Tuvalet belə təmizlənmir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz