“Kiməsə desən, səni bu pəncərədən aşağı atacağam“ - Dəhşətli hadisənin baş verdiyi məktəbdən görüntülər... Valideynlər və şagirdlər QORXU İÇİNDƏDİR - FOTO/VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 11 saylı tam orta məktəbdə, 5-ci sinif şagirdi 4-cü mərtəbədən aşağı sallanaraq ölümlə təhdid olunub. Bununla bağlı, daha əvvəl ətraflı məlumat vermişdik. Saytımıza daxil olan yeni bilgilərə əsasən, hadisə baş verən məktəbdə nəzarət kameraları mövcuddur ancaq narahat valideynlər, hadisə baş verən günün görüntülərini tələb edərkən, maraqlı cavabla rastlaşıb: "Məktəbimizdəki kameralar işləmir". Burada maraqlı bir sual yaranır... Səbəb? Əgər təhsil ocağında daha böyük hadisə, hər hansısa bir faciə baş verərsə, nəzarət kameraları işləmirsə, araşdırma necə aparılacaq? Görəsən kameralar həqiqətənmi öncədən çalışmırdı, yoxsa məktəb, öz müəlliminə arxa çıxır, görüntüləri gizlədir? Axı uşağı ölümlə təhdid edən digər şagird, həmin məktəbdə çalışan müəllimin övladıdır və eyni zamanda oğlunun təhsil aldığı sinifin, sinif rəhbəridir. Qeyd edək ki, zərər çəkmiş uşaq, məktəbin əlaçı şagirdlərindən biridir. Eyni zamanda o, idmanla məşğul olur, bir çox uğurlu nəticələri, diplom və medalları vardır. Valideynin sözlərinə görə, məktəbli, hadisədən sonra güclü psixoloji travma alıb, bir neçə gündür dərsə getmir, davamlı ağlayır, qorxduğunu bildirir, gecələr yatmır, tək qalmaqdan çəkinir, atası ilə birgə atasının iş yerinə gedir, valideynlərindən onu tək buraxmamağı xahiş edir. Ata bildirir ki, hadisədən bir neçə gün keçməsinə baxmayaraq, hələ də onlar ilə maraqlanan, məsələnin həlli üçün çalışan məktəb rəhbərliyi və qarşı tərəfin üzrxahlığı, hər hansısa bir addımı yoxdur, əksinə ailəyə hədə-qorxu gəlinir. Zərər çəkmişin şagirdin atası Maxsudov Əliağa Mahmud oğlunun Azmedia.Az-ın qaynar xəttinə yenidən müraciət edərək, verdiyi məlumatlara əsasən, sözü gedən məktəbə yollandıq. Direktorla danışmaq istəsək də, bu istəyimiz baş tutmadı. Halbuki həmin vaxt məktəbdə idi. Hətta məktəbin əsas giriş qapısı bağlı idi, şagirdlər daxil hər kəs, məktəbin arxa qapısından istifadə edirdi. Hadisə ilə bağlı orada toplaşan valideynlərin, zərər çəkmiş uşağın, ailəsinin, müəlliminin bu haqqda sözlərini və hadisəyə münasibətlərini sizə təqdim edirik. Daha ətraflı video görüntüdə: