Yazıb sizə bildirmək istəyirəm ki, Nizami rayonunda yerləşən 272 saylı tam orta məktəbdə uzun müddətdir davam edən korrupsiya hüquqpozmaları və digər hüquqpozamalar mövcuddur.
Bu məzmunlu məktubla Mektebgushesi.az -a vətəndaş müraciət edib. Müraciəti olduğu kimi dərc edirik. Qarşı tərəfi də dinləməyə hazırıq.
Məktəbin direktoru Səfurə Rəhimova 14.09.2022 -ci ildə direktor təyin olunduqdan sonra məktəbdə öz mənafeyi uğruna və maddi rifahı yaxşılaşdırmaq məqsədilə məktəbdə bir çox dəyişiklikər etmiş. Məktəbdə hazırlıq keçən müəllim və müəllimələrdən məktəbdə hazırlıq keçməsi üçün ona pul verilməsini tələb etmişdir. Pul verilmədiyi təqdirdə məktəbdə hazırlıq keçməsinə icazə verməyib. Hazırlıq keçən müəllimlərin aylıq olaraq 100 manat rüşvət vermələrini tələb edib.
272 saylı orta məktəbin 150dən çox müəllim heyəti olduğunu nəzərə alsaq bu məktəbdə hər ay külli miqdarda rüşvət alınmasının bariz nümunəsidir. Bununla yanaşı məktəb direktoru və müavinləri olan Sevil Rəfiyeva və Rəhimə Hüseynova məktəbdə baş verən hüquqpozmalara göz yumulması, dərs saatların bölüşdürülməsində müvafiq dəyişiklər edilməsi,rəsmi dövlət sənədi olan sinif jurnallarının qanunsuz olaraq məktəbdən çıxarılaraq vərəqlərinin dəyişdirilməsi və digər qanunsuz əməllərin qarşılığında rüşvət əldə etmişdir. Əsaslı sübutla rəhbərliyə rəsmi dövlət sənədi olan sinif jurnallarına müdaxilə olunduğu məlumat verildikdə onlar bunu təkzib etmiş belə bir halın olmadığını bildirmişdir. Belə bir hal olmuş olsa belə heç bir qanunsuz əməl olmadığını və şikayətimin əsassız olduğunu bildirmişdir. Buda öz növbəsində rüşvət qarşılığında daha bir qanunsuz əməlin yəni rəsmi dövlət sənədinə müdaxilənin ört basdır olmasına bir nümünədir.
Elm və təhsil sahəsində bu kimi qanunsuz əməllər bağışlanılmaz və yol verilməzdir. Sizdən bu məktəbdə baş verən qanunsuz əməllər,bu əməlləri törədən şəxslər və bu əməllərə göz yuman şəxslər barəsində müvafiq araşdırma aparmağınızı və tədbir görməyinizi xahiş edirəm. Araşdırmanın aparılmasında ətraflı məlumat verməydən və verdiyim hər bir yalnış məlumata və sübuta görə cinayət məsuliyyətinə cəlb olunmaqdan etiraz etmirəm.
Mektebgushesi.az