Axtarış...

Reklamda başqa qiymət, vitrində başqa... - GİLEY


Reklamda başqa qiymət, vitrində isə tamam başqa bir qiymət... Aydın olduğu kimi yenə də müştərilər ticarət obyektlərinin qiymət uyğunsuzluğundan gileylənir. Əslində bu əməlin adı DƏLƏDUZLUQDUR ki, bunu da gərəkən qurumlar araşdırıb, hüquqi ölçü götürməlidir. Amma görünəni odur ki, bizdə bu kimi müştəri gileyləri daha çox nəzarətçi qurumların qazanc aləti rolunda çıxış etdiyindən tədbir görülməsi halları az-az müşahidə olunur. Biz isə Dia-az.İnfo olaraq öz növbəmizdə növbəti vətəndaş gileyini təqdim edirik. Beləliklə...

Narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında yazır: "Şikayətim "Megastore" mağazalar şəbəkəsindəndir.

Kataloqda və sosial şəbəkələrdə paylaşılanla mağazada sərgilənən məhsul arasında uyğunsuzluq var.

Reklamda başqa qiymət, vitrində başqa...

Bir neçə dəfə bu hal ilə qarşılaşmışam. Foto 21 sentyabr tarixində mağazanın "Neftçilər" filialında çəkilib..."
Text-to-Speech

DİNLƏ






Şərh yaz