Axtarış...

Binəqədinin icra başçısından COB29-a TÖHFƏ... - Bu, həm də düşmən əlinə oynamaqdır...


Moderator.az xəbər verir ki, Bakının Binəqədi rayonu ilə Abşeron rayonunun birləşdiyi hissədə – “Binəqədi Gənclər Şəhərciyi”nin qarşısındakı ərazidə məskunlaşan vətəndaşlar uzun illərdir ki, hər gün evlərindən qaçaq düşmək məcburiyyətindədir. Sakinləri evlərindən ayrı salan səbəb isə ərazidəki kanalizasiya problemidir. Məlum problemlə bağlı əlaqədar instansiyalara müraciət etdiklərini söyləyən vətəndaşlar, problemin həlli istiqamətində heç bir addımın atılmadığını bildirirlər.

Sakinlər iddia edir ki, kanalizasiya sularının yaratdığı çirkab gölməçələrdən gələn üfunət günün 24 saatında normal nəsəf almağı imkansız hala gətirir. Bu səbəbdən də sakinlərin bir çoxu səhər saatlarında evlərini tərk edərək yalnız axşam saatlarında – yatmaq üçün evə qayıdırlar.

Əraziyə hakim kəsilən qoxu yalnız buradakı sakinləri deyil, magistral yolda hərəkət edən nəqliyyat vasitələrinin sürücülərini, eləcə də “Binəqədi Gənclər Şəhərciyi”nin sakinlərini də narahat etməkdədir.

Maraqlıdır ki, kanalizasiya suları ərazidən keçən çoxsaylı neft kəmərlərini də əhatə etsə də, bu hal Dövlət Neft Şirkətini narahat etmiş deyil. Halbuki, neft kəmərlərinin hər tərəfdən kanalizasiya suları ilə əhatə olunduğu göz önündədir və çətin ki, bu hal kəmərlərin qorunması və təhlükəsizliyi ilə bağlı mövcud normalarla üst-üstə düşsün.

Vətəndaşların sözlərinə görə, kanalizasiya suları tədricən ərazidəki torpaq yolları da “udmaqda”, gediş-gəliş üçün də ciddi maneəyə çevrilməkdədir.

Mövcud durumun kritikliyini əks etdirən fotoları oxuculara təqdim edirik.






Dia-az.İnfo qeyd edir ki, hər halda bu biabırçı mənzərəni konkret olaraq Binəqədi rayon rəhbərliyinin COB29 kimi mühüm bir tədbir tədarükündə olan rəsmi Bakıya "ərməğanı" kimi də qəbul etmək olar. Binəqədi paytaxtımızın mərkəzindən elə də uzaq deyil və hansısa bir əcnəbi jurnalistin kamerası fotolarda əks olunan istiqamətə yönələrsə... BU HALDA NƏ BAŞ VERƏ BİLƏR? Dövlətimzin xeyli müddətdir ki, əziyyətini çəkdiyi qlobal tədbir tədarükü heçə enməzmi? Bundan düşmənlərimizi istifadə etməzmi?

Bunu isə əlaqədar qurum və şəxslər düşünsün...
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz