Axtarış...

KTN sistemi TƏNƏZZÜLƏ DOĞRU... - NƏ ETMƏLİ?



İnkişaf etməkdə olan ölkələr üçün kənd təsərrüfatında yüksək məhsuldarlıq xarakterikdir. Amma Azərbaycan haqqında bunu demək olmur. Bizim ölkədə bütün ümidlər neftə, qaza bağlanıb. Kənd təsərrüfatının tənəzzülü baş verir. Bir çox məhsulun yığımı azalıb.
Bizimyol.info xəbər verir ki, Cəlilabadda məhsuldarlıq çox aşağı düşüb. Kartof yığımının həmişə yüksək olduğu rayonda bu dəfə geriləmə qeydə alınıb. İlin birinci yarısında Cəlilabadda 2,9 min hektar ərazidən 81 min 740 ton məhsul yığılıb. Az qala yarıya qədər azalma var. Yığılan kartofun həcmi 48,6 faiz azalıb. Keçən ilin eyni dövründə 159 min ton məhsul toplanmışdı.

Çox ciddi geriləmədən söhbət gedir. Çünki ölkədə kartof üçün ayrılan ərazinin nəzərəçarpan hissəsi Cəlilabadın payına düşür. Bu il əkin sahəsi də azalıb. Məshuldarlığın kəskin aşağı düşməsi isə qiymətlərə də təsir göstərir.

Çay yığımında da azalma müşahidə edilir. İlin birinci yarısında 495,8 ton yaşıl çay yarpağı yığılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə 50 tondan çox azalma olub. Yəni 9,2 faiz geriləmə qeydə alınıb.

Çay yığımının əsas məsuliyyəti Astara və Lənkəranın üzərinə düşür. Bu rayonlarda məhsuldarlığını aşağı düşməsi ümumi göstəricilərdə də özünü göstərir. Masallı və Zaqatalada yığım çox fərq ortaya qoymur.

Tütün yığımında da azalmanın miqyası böyükdür. Keçən ilin ilk yarısında 882 ton tütün yarpağı yığılmışdı. Bu ilin yanvar-iyun aylarında cəmi 572 ton məhsuldan danışmaq olur. Ümumilikdə, məhsuldarlıq 35 faiz azalıb.

Çox məhsul növündən söz açmaq olar. İstənilən halda kənd təsərrüfatındakı böhran göz qabağındadır. Əkin sahələri azalıb. İnhisar bu istiqamətdə bütün ağırlığını ortaya qoyur. Əkin sahələri üçün yetərincə su ayrıla bilməməsi də problemi böyüdür. Yaxşı olardı ki, kənd təsərrüfatında islahatlar həyata keçirilsin, ciddi diqqət və resurslar ayrılsın. Amma sual odur ki, kim keçirəcək islahatı? Belə niyyət hiss olunmur. Niyyətin olmaması isə zamanla məhsuldarlığı bir az da aşağı salacaq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz