Vəkil Adəm Məmmədovun özü haqqında xüsusi ittiham qaydasında qaldırılmış məhkəmə iclasından danışdı
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Bir neçə müddədir ki, tanınmış vəkillər Adəm Məmmədovla Ceyhun Yusifov arasında baş verən mübahisə sonda vəkil Ceyhun Yusifovun həmkarı vəkil Adəm Məmmədovu haqqında Nərimanov rayon məhkəməsinə xüsusi ittiham qaydasında müraciət etməsi ilə nəticələndi.
Baş verənlər haqda qısa məlumat verərək bildirmək istəyirik , Bir neçə gün bundan əvvəl mətbuatda vəkil Ceyhun Yusifov haqqında “Azərbaycanda tanınmış vəkil həyat yoldaşını bıçaqlayaraq ölümcül xəsarət yetirdi - ŞOK OLAY” yayılmış məqalədən sonra vəkil Ceyhun Yusifov həyat yoldaşı ilə aralarında baş vermiş bıçaqlanma hadisəsini mediada yayılmasında vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovu günahkar bildiyi üçün Ceyhun Yusifov un Nərimanov rayon Məhkəməsində xüsusi ittiham qaydasında qaldırıdığı iddiaya baxan hakim Vüsal Qurbanovun sədrliyi ilə növbəti məhkəmə iclası keçirildi .
Məhkəmə iclasında Ceyhun Yusifovla həyat yoldaşının arasında baş vermiş bıcaqlanma hadisəsi haqqında Xətai rayon polis bölməsində aparılmış araşdırmanın qərarı vəkil Adəm Məmmədovun tərəfindəm hakim Vüsal Qurbanova təqdim ediləndən sonra Hakim baş vermiş hadisənin tam öyrənilməsi üçün qərar çıxardı.