Axtarış...

Şahin Bağırovla bağlı ilginc İDDİA - ÖZBAŞINA QALIB?..

Şahin Bağırovla bağlı ilginc İDDİA - ÖZBAŞINA QALIB?..

Dövlət Gömrük Komitəsinin əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan yüzə yaxın əməkdaşı işdən kənarlaşdırılmalarına etiraz olaraq, Bakı İnzibati Məhkəməsinə müraciət ediblər.

Gununsesi.info -nun xəbərinə görə, müraciət edən keçmiş gömrük əməkdaşları ərizələrində işə bərpa olunmalarını tələb edir.

Onların hüquqlarını qoruyan vəkil Ceyhun Yusifov isə Gömrük Komitəsinin rəhbərliyinin onu cəzalandırmasına çalışdığını deyib.

Bununla bağlı vəkil sosial şəbəkə hesabında yazıb:

“Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əsassız olaraq onlarla peşəkar, təcrübəli, illərini gömrüyün təkmilləşdirilməsinə sərf etmiş gömrükçüləri sırf regional bağlılığı, köhnə komanda da işlədiyinə görə təqaüd hüququndan məhrum etməklə müxtəlif bəhanələrlə xidmətdən kənarlaşdırır. Bununla bağlı onlarla şəxsin hüquqlarının məhkəmə müdafiəsinə başlamışam. Şəxsən komitənin rəhbərliyi tərəfindən bu və ya digər formada mənə təzyiqlər edilir. Bununla kifayətlənməyərək məni Vəkillər Kollegiyasında cəzalandırılmağımla bağlı hərəkətə keçiblər. Şahin Bağırova tövsiyəm mənə qanunsuz təsirlər etməkdənsə, peşəkar əməkdaşlarını qorumaqla üzərinə düşən vəzifəni yerinə yetirsə daha yaxşı olar”.

Xatırladaq ki, Ceyhun Yusifov vaxtilə Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsinin rəisi vəzifəsində çalışıb. (Gununsesi.info)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz