Bakıya nəvəsini görməyə gələn baba "Poz-Qazan"dan 500 min manat uddu... Dia-az.İnfo bildirir ki, dünən bu xəbər başlığı əksər saytların bəzəyinə çevrildi. Bəlkə də xalq artisti Ağadadaş Ağayevin başına gələn olay olmasaydı, indi ən çox bu məsələ müzakirə olunacaqdı. Söhbət burada "Azərlotoreya"nın millətlə rəsmən məzələnməyindən gedir. Söhbət dövlət çətiri altında QUMARBAZLIQ edən bir qurumun 500 minlik uduşla bağlı UCUZ REKLAM şousu qurmasından gedir...
Dia-az.İnfo bildirir ki, elə bu olaya bəzi jurnalistlərin də nəzərindən yayınmayıb. Jurnalist Məğrur Salmanovun haqlı və hım də olduqca aktual reaksiyasını diqqətinizə təqdim edirik:
"Ordubad sakini Hüseyn dayı "Azərlotereya" dan yarım milyon pul udub. Ümumiyyətlə bu qurumun fəaliyyətinə həmişə şübhə eləmişəm. Qurum ( qaydaları belədir) lotoreyada qazanan şəxsə 500 min azn yazılmış plakat verir, bir də udduğu məbləğə imza atma səhnələrini göstərir. Hüseyn dayının udduğu məbləğin bankdan verilmiş çekini göstərin, inanaq. 500 minlik çek!
Bir də ki, piarı yaxşı aparın. Hüseyn dayı yarım milyon udana yox, kredit götürənə oxşayır..."
Dia-az.İnfo