Axtarış...

“Azərlotereya”nın MİSLİ görünməmiş YALANI... - ARAŞDIRMA

“Azərlotereya”nın MİSLİ görünməmiş YALANI... - ARAŞDIRMA


Azərbaycanda yeni bir bəla xərçəng xəstəliyi kimi sürətlə yayılmaqdadır. Lakin bu virus nə Covid19, nə onkoloji xəstəlikdir, onun adı “Poz, qazan”dır və ölkədə kütləvi xarakter almaqdadır. Respublikanın paytaxt və bölgələrini cənginə alan bu lotereya qısa bir zamanda əhalini qumarbaza, ölkəni qumarxanaya çevirib. Çünki “Azərlotereya” ASC birmənalı şəkildə insanları mərc oyunlarına təşviq etməkdədir.

Xalq qumara sövq etmək

TİA.Az-ın araşdırmaçı heyəti yazır ki, şirkət aşkar formada və sadə yolla insanları bu oyunlara sürükləyir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tin başında, o cümlədən rayonlarda “Poz, qazan” oyunları təşkil edir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar. Ona görə ki “Azərlotereya” oyunçuları aldadır, nadir hallarda kimsə mərcdən qazana bilir, udan da onu tamaha gəlib başqa bir yerdə uduzur. Beləcə hər gün yüzminlərlə manat dövr edir və kasıb təbəqədən çıxan pullar şirkətin cibinə girir. İşin bəlalı tərəfi budur ki, bu oyunlar hansısa mərkəzlərdə, məntəqələrdə deyil, yollarda təşkil olunur. O səbəbdən insanlar görüb qumara sövq edilirlər. Yeri gəlmişkən, Azərlotereya ASC “Misli” adlı məntəqələr də açıb və belə desək, qumarın dairəsini genişləndirib. Hazırda “Topaz” tam sıradan çıxmaqdadır və sürətlə “Poz, qazan” və “Misli” məntəqələri ölkəni başına alıb.

İşsizlik və əhalini fırıldaqla soymaq

Maraqlıdır, dövlət bu biznesin çiçəklənməsində maraqlıdır, yoxsa şirkətin sahibləri xalqı soymaq fikrinə düşüblər? Hərgah, ayrı – ayrı deputatlar dəfələrlə Azərlotereyanın xalqı aldatması, soymasına etiraz edib, küçələrdən bu mərc oyunlarının yığışdırılması tələbini irəli sürüblər, di gəl, ASC millət vəkillərinin çıxışlarını qulaqardı edib. Əgər müəyyən məntəqələrdə bu oyunlar keçirilsəydi, normal yanaşmaq olardı, yəni kimin ürəyi istəyirsə müraciət etsin. Ancaq “Poz, qazan” küçələrə daşınıb və ölkədə açıq qumar gedir. Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insan auditoriyası yığmağa nail olub.

Deputatı etirazı: “Azərlotereya” ev yıxır

Deputat Tahir Kərimli deyir ki, Azərbaycanda bu cür oyunlara yer verilməməli, insanlar zəhmətsiz gəlirlərə alışdırılmamalı və psixologiyamızda dərin çatlara səbəb olan qumarlar yığışdırılmalıdır: “İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar”.

Maraqlıdır ki, “Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, çox vaxt qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun bu addımı isə əksər insanlarda şübhələr yaradır.

Bəlli olduğu kimi, Azərbaycanda kazino və qumar hələ mərhum prezident Heydər Əliyevin dövründən qadağan olunub. Bu qumarın təşkili məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, bu oyunları görmək mümkündür. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla öz qumar məntəqələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumara təşviq edərək evini yıxmaqla məşğuldur.

“Misli.az” yalanı – şirnikləndirmə…

Deyilə bilər ki, bu, leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Yəni küçədə meyvə-tərəvəz satmağa icazə yoxdur, amma “Poz qazan” oynaya bilərsən. Sözsüz ki, hər gün 10 insandan azı 5 nəfəri ayaq saxlayıb maraqlanacaq. Amma əksəriyyəti də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Görəsən küçələrdə kasıb təbəqəni bu işə təşviq və cəlb etməyin adı nədir? İndi hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandan da deyirlər ki, qonşum 20 min uddu, xalamoğlu 40 min uddu və sairə. Belə hallar yaşanır. Lotereya Amerikadan tumuş Almaniyaya qədər dünyanın hər yerində var. Amma bizdə biraz şitini çıxarıblar. Lotoreya belədir ki, onun 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20%-ni özü qazanır. Bizdə 10%-ni uduşa buraxırlar, qalanını özləri qazanırlar. “Azərlotoreya”nın “Poz Qazan” lotoreyalarında kuponların arxasında rəqəmlər var, bir-birindən fəqlənirlər və öncədən məlumdur.

Ekspert: “Küçələr mərc oyunlarının əsarətindədir”

İqtisadçı Nazim Bəydəmirli qeyd edib ki, “Azərlotereya” ASC keçən ildən Türkiyə şirkətinə idarəetməyə verilib, nəticə göz qabağındadır – küçələr, prospektlər mərc oyunlarının, mobil qumarxanaların əsarətindədir: “Kasıb təbəqə, dövlətin himayəsində olan qumarxana ilə oyuna girir və hesab edir ki, nə vaxtsa “cek-pot” udub həyatını dəyişdirəcək, yazıq kasıb, bir də cahillikdən əziyyət çəkir!”

Qeyd edək ki, Azərbaycanda rəsmən lotereya oyunlarını keçirən yalnız bir qurum var. Bu, “Azərlotereya” ASC adlanır və Prezident İlham Əliyevin fərmanı ilə 2001-ci ildə yaradılıb, dövlətə məxsusdur. Fərmana əsasən, ASC-nin təsisçisi İqtisadi İnkişaf Nazirliyidir. 2021-ci ilin fevralında isə bu qurumun Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Şans B.V.” şirkətinə 10+5 illik idarəetməyə verilməsi ilə bağlı müqavilə imzalanıb.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz