Masazır qəsəbəsi , Yoncalıq deyilən ərazidə Ülvi Bünyadzadə küçəsində fərdi yaşayış evlərinin su boru və kanalizasiya xətlərinin sakinlər tərəfindən düzgün çəkilməməsi səbəbindən həmin ərazidə yaşayan qomşular arasında böyük narazılıqlar və mübahisə yaradıb.
Hətta həmin ərazidə Saleh Abdullayev və Tağı Səmədov adlı şəxslərə məxsus olan qanuni torpaq sahəsindən qonşuların kanalizasiya xətti keçdiyi üçün həmin şəxslər onlara aid olan torpaqda evlərini tikmək üçün heç bir işiə başlaya bilmirlər. Bir neçə vaxt idi ki, Saleh və Tağı qonşulardan, onların torpaq sahəsindən keçən kanalizasiya borularını sökərək yaxınlıqdakı 30-35 metlik məsafədə keçən ana kanalizasiya xəttdinə birləşdirilməsini tələb ediblər.
MilliTV -nin hazirladığı video reportajda da açıq qydın görünür ki,ərazidə yaşayan sakinlər vaxtilə kanalizasiya boru xətlərini çəkərkən kor - təbii olaraq 20-25 sm dərinlikdə digər qonşular olan Saleh və Tağı məxsus fərdi yaşayış evinin tikməsi üçün nəzərdə tutulan torpaq sahələrindən keçirtməklə Saleh və Tağıya bir neçə ildir ki rahat şəkildə öz torpaqlarından istifadə etməyə imkan verməyiblər . Eyni zamanda onuda bildirək ki, primitiv üsulda çəkilmiş kanalisaziya borusu Saleh və Tağı adlı qonşuların torpaq sahələrinə axaraq üfunətli gölməçə və bataqlıq yaradıb. Son nəticədədə altı qonşunun yaratdığı problemdən üzun illərdir əziyyət çəkən Saleh və Tağı digər qonşulara məxsus olan kanalizasiya borularını çıxarılmasını dəfələrlə tələb etsələrdə buna əhəmiyyət verməyən qonşulara cavab olaraq yüngül konstruksiya ilə çəkilmiş və yararsız boruları özlərinə məxsus həyət yani ərazidən çıxararaq bir kənara atıblar.
Onuda qeyd etmək istəyirik ki, altı qonşuya məxsus kanalizasiya borusu iki il bundan əvvəl Aydın adıl qonşunun həyətindən keçib Aydının bildirdiyinə görə həyətindən keçən qonşuların kanalizasiya borusu vaxt - aşırı tutularaq axıb həyətinə töküldüyündən adiyyatı qurumlara etdiyi çox saylı müraciətdən sonra oda həmən kanalizasiya borularını çıxarıb həyətinin içindən bir kənara atıb.
Bildirmək istəyirik ki, bu altı qonşuya məxsus yaşayış evləri altı sot torpaq üzərində Niyamətdin Əzizov adlı makler tərəfindən iki – uç il bundan əvvəl hər ev 1- sot torpaq üzərində tikilib satılmış və Niyamətdin adlı maklerin kimin həyətindən gəldi çəkdiyi primitiv kanalizasiya borusu bu gün ərazidə yaşayan qonşuları biri- birinə düşmən edib.Onuda qeyd edək ki, ərazidə olan bir çox tikilərlə yanaşı Gülarə Quluzadə adlı xanımın Rusiyada yaşayan və Biznes faliyəti ilə məşqul olan Vüsal adlı oğluna məxsus hal – hazırda yaşayışı olmayan təmirsiz yarı tikili bir yaşayış evi də var. Gülarə xanımın sözlərinə görə oğlu Vüsala məxsus olan həmin təmirsiz yarı tikili ev artıq 10 ildir ki, tikilməkdədir onların evlərində ümumiyətlə təmirin və evdə yaşayışın olmaması səbəbibdən evlərində hər - hansı bir kanalizasiya xətti belə yoxdur. Lakin, qonşulardan bəzisi Gülarə xanıma kobudcasına yanaşaraq, təhqir edici tərzdə ondan altı qonşunu birləşdirən kanalizasiya xətlərinin çəkilməsini öz öhtəsinə götürməsini tələb edirlər. Ərazidə qonşuların mübahisəsi zamanı çəkliş apardığımız zaman Gülarə xanım təmkinlə gələcək qonşularına bildirdi ki, onlar tələb etdiyi kimi bütün qonşuların kanalizasiya xətdini çəkmək üçün onun elə bir maddi imkanı və gücü yoxdur və əyər qonşular birləşib ümümi kanalisasiya borusunu çəkib ana xətdə birləşdirməyə başlasalar o da üzərinə düşəcək maddi vəsaiti ödəməyə hazırdır .
Bir növ onuda qeyd etmək istəyirik ki, ərazidə tikilmiş olan evlərin bir çoxunun qanuni sənədlərinin olmasına baxmayaraq Masazır qəsəbəsinin, Bünyadzadə küçəsində yaşayan bu altı ailənin kor - təbii şəkildə çəkdikləri kanalizasiya borusu qonşular arasında böyük mübahisələr yaradıb.
Bu da onu göstər ki, bu ərazi aidiyyatı qurumların diqqət və qayğısından kənarda qalıb.
Qeyd edək mövcud qanun vericiliyə uyğun olaraq əhalini komunal xətlərinin çəkilməsi bir başa dövlət qurumlarının səlahiyyətinə aiddir. Masazır qəsəbəsinin bu ərazisində də Su və knalizasiya boru xətlərinin çəkilməsinə cavabdeh Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyi və Azərsu ASC-dir, Adiyyatı qurumların öz işlərinə səhlənkar yanaşması bu ərazidə yaşayan gələcəyin qonşuları arasında bir çox problemlər yaradır Bu da Masazır qəsəbəsi, Ülvi Bünyadzadə küçəsində yaşayan sakinlərə göstərilən ögey münasibətin bəsləməsini bir daha təsdiqləyir.