Sosial şəbəkələrdə AMEA-nın prezidenti Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən alması ilə bağlı məlumat yayılıb.
Unikal.org-a açıqlama verən AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Məlumatda qeyd edildiyi kimi işçilərin sayı 500 yox 312 nəfərdir. Müqavilə bağlanılan şəxslər arasında AMEA-nın əməkdaşları olmayan şəxslər də var. Həmin torpaq sahələrinin qanunsuz mənimsənilib. Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib. Ərazidə olan qanunsuz tikililər söküləcək. Sözügedən torpaq sahələrindən səmərəli istifadəsi üçün 10 bənddən ibarət konsepsiya hazırlanıb".