Axtarış...

Əziz Əzizov haqda ŞOK İDDİALAR -Onu Kərəm Həsənovla nə bağlayır?

Əziz Əzizov haqda ŞOK İDDİALAR -Onu Kərəm Həsənovla nə bağlayır?

Bakı şəhəri, Suraxanı Rayonu, Hövsan Qəsəbəsi, "İnturist Bağları" ərazisində yerləşən 3/1294 saylı bağ evinin sahibi Kəmalə Abdullayeva tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə müraciət edən şikayətçi Suraxanı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Əziz Əzizovun fəaliyyətindən narazılıq edir.

"222 min əhalisi olan Suraxanı rayonunun inkişafı üçün nəzərdə tutulmuş və dövlət büdcəsindən ayrılmış pulları mənimsəməsi, Kərəm Həsənova məxsus toyuq fabrikinin gizlindən fəaliyyət göstərməsinə, vergidən yayınmasına şərait yaratması barədə məlumatı Prezidentə kim verməlidir?", - deyən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Hörmətli Əli müəllim!
Heç kimə sirr deyil ki, Suraxanı rayonunun sabiq icra başçısı Əziz Əzizov Kərəm Həsənovun adamı idi. Ticarət obyektləri, restoranlar, evlər tikmək üçün onun-bunun adına onlarla, yüzlərlə torpaq sahələri ayırmışdı. Əziz Əzizovun başçılığı və “krişalığı” altında bütün obyektlər gizlindən qanunsuz fəaliyyət növləri ilə məşğul olmuş, vergidən yayınmış, dövlətin büdcəsinə külli miqdarda ziyan vurulmuşdur. Sübut üçün bircə faktı nümunə göstərmək kifayət edər: Məhəmməd İmanovun adına çıxdıqları, Suraxanı rayonu ərazisində 6 hektar ərazidə yerləşən Toyuq Fabriki. Bu fabrik bu günə kimi gizlindən, qanunsuz fəaliyyət göstərir və vergidən yayınmaqla dövlət büdcəsinə külli miqdarda ziyan vurulur.
Əslən Beyləqan rayonundan olan Məhəmməd İmanov Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olanda Əmlak Məsələləri Dövlət Reyestr Xidmətinin rəisi və sair müxtəlif vəzifələrdə işləmişdir. Hal-hazırda da Kərəm Həsənovun "əlinin altında" işlədiyi bildirilir. Qardaşı Zaman İmanov da Kərəm Həsənovun tabeçiliyində məsul vəzifələrdə işləmişdir.
Hörmətli Əli müəllim!
Məlum məsələdir ki, Əziz Əzizovun bu dəfə Beyləqan rayonunu seçməsi heç də təsadüfi deyil.
Bundan başqa, Suraxanı Rayon İcra Hakimiyyətinin sabiq başçısının rayonun 222 min əhalisi və inkişafı üçün nəzərdə tutulmuş və dövlət büdcəsindən ayrılmış pulları mənimsəməsi, ərazidə olan torpaqları qanunsuz olaraq dəyər-dəyməzinə satması, korrupsiya, rüşvətlə məşğul olması və Prezidentin siyasi kursuna çıxması ilə bağlı Prezidentə məlumatı kim verməlidir?!
Əlbəttə ki, dövlətimizin təhlükəsizliyinin keşiyində duran Dövlət Təhlükəsizlik Xidməti sabiq icra başçısı Əziz Əzizovun, Kərəm Həsənovun və İmanov qardaşlarının qanunsuz hərəkətlərini və hərəkətsizliklərini bizlərdən daha yaxşı, daha çox bilir.
Hörmətli Əli müəllim!
Olmazmı, Əziz Əzizovun Beyləqan Rayonunda da bu cür qanunsuz toyuq fabrikləri açıb, gizlindən qanunsuz fəaliyyətlə məşğul olmamış, vergidən yayınmamış, dövlət büdcəsinə külli miqdarda ziyan vurmamış, dövlət büdcəsindən Beyləqan rayonunun əhalisi və inkişafı üçün ayrılmış pulları mənimsəməmiş, qabaqcadan Prezidentə məlumat verəsiniz?!
Ümid edirik və tam əminik ki, bu barədə Prezidentə məlumat verəcəksiniz.
Qabaqcadan öz minnətdarlığımızı bildiririk"./azmedia/

Redaksiyadan: Müraciətdə adları göstərilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz