Axtarış...

İcra başçısı başına çətir tutdurdu - Müzakirəyə çevrildi FOTO



Azərbaycanda daha bir icra başçısı özünə "çətir tutan" işçi götürüb.

Unikal.org-un məlumatına görə, Suraxanı rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizov sakinlə görüşə gedib. Belə ki, Əziz Əzizov şəhid baralyefinin önündə dayanarkən icra hakimiyətinin işçisi onun başının üzərində çətir tutub. Fotoda göründüyü kimi, hava yağmursuz olub.

Sözügedən görüntü sosial şəbəkələrdə ciddi narazılığa və müzakirələrə səbəb olub.

Unikal.org
Text-to-Speech

DİNLƏ






Şərh yaz