Axtarış...

Azərbaycanda yarım milyon manatlıq şirkət bağlandı

Azərbaycanda yarım milyon manatlıq şirkət bağlandı

"Gəncə Toxunulmamış Parça" Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar yığıncağı keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, yığıncaqda şirkətin ləğv olunması ilə bağlı qərar qəbul olunub.

ASC-nin ləğvi ilə əlaqədar ləğvetmə komissiyası yaradılıb.

Qeyd edək ki, "Gəncə Toxunulmamış Parça" ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 513 966 manatdır. Şirkətin rəhbəri Mehrac Əliyevdir.

Xatırladaq ki, M.Əliyev bir müddət əvvəl ASC-nin ləğvi ilə əlaqədar olaraq səhmdarların növbədənkənar iclasını çağırmışdı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz