“Cəlilabad Şərab-2” ASC-nin İdarə Heyətinin sədri Məmmədəli Qocayev məhkəməyə verilib.
İqtisadiyyat.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmasını xahiş edib.
Buna səbəb isə ASC-nin yığılan vergi borcunun ödənilməməsi göstərilir. Şirkətin vergi borcu hazırda 550 min manatı ötüb.
Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Məhkəmə işi hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq. Əgər məhkəmə DVX-nin iddiasını təmin etsə, M.Qocayevin Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, “Cəlilabad Şərab-2” ASC Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşir. 1999-cu ildə yaradılan şirkətin 352 786 manat nizamnamə kapitalı var. 50 nəfər ətrafında işçiyə sahibdir. M.Qocayev isə bu ilin may ayından şirkətə rəhbərlik edir.