Axtarış...

“Aqrar tədarük və təchizat”ın FANTASTİK TENDERİ - 864 min manat nəyə xərclənəcək?


"Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) "Dəftərxana və təsərrüfat malları"na 864.993 manat xərcləyəcək.

Qlobal.az xəbər verir ki, "Aqrar tədarük və təchizat” ASC-nin ötən gün "Dəftərxana və təsərrüfat malları"nın satın alınması lotu üzrə sifarişçi olduğu 864.993 manatlıq tenderin qalibi "A 4 Plaza" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
“Aqrar tədarük və təchizat”ın FANTASTİK TENDERİ - 864 min manat nəyə xərclənəcək?

Nizamnamə kapitalı 10 manat olan "A 4 Plaza" 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Elşən Abbasəli oğludur.

Qeyd edək ki, "Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti 2018-ci ilin dekabr ayında Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb.

Fərmana əsasən "Aqrar tədarük və təchizat” ASC-nin İdarə Heyətinin sədrini və üzvlərini kənd təsərrüfatı naziri təyin edir.

Hazırda Cəmiyyətin İdarə Heyətinin sədri Kənd Təsərrüfatı Nazirliyinin keçmiş Aparat rəhbəri Aqil Quliyevdir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz