Axtarış...

“Amina & S Group” MMC işçilərin əmək haqqını vermir - ETİRAZ VAR...

“Amina & S Group” MMC işçilərin əmək haqqını vermir - ETİRAZ VAR...

“Amina & S Group” MMC-nin işçiləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət ərizəsi göndərilib. Onlar iddia edirlər ki, may ayından bəri iş vaxtından artıq müddətdə görülən işə görə hesablanan əmək haqqını ala bilmirlər:

“Biz, işçilər, yazaraq xahiş edirik ki, problemimizi işıqlandırasınız.

“Amina & S Group” MMC may ayından bəri işlədiyimiz artıq saatların ödənişini vermir. Sözügedən şirkətin təsisçisi Emin Əhmədov suallarımıza cavab vermir. Müdriyyət sanki yoxa çıxıb, onlardan xəbər yoxdur.

Qeyd edək ki, iş vaxtı 12-14 saat aralığında olurdu. Bəzən də daha çox işləyirdik. Biz sözügedən şirkətdən əziyyətimizin qarşılığını tələb edirik. Gözləntimiz qarşılanmasa, hüquqi yollara əl atacağıq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz