Axtarış...

Məşhur otel və restoranların sahibi “Resant Group” məhkəməyə verildi

Məşhur otel və restoranların sahibi “Resant Group” məhkəməyə verildi

Azərbaycanda böyük otellər və restoranlar şəbəkəsinə malik “Resant Group” MMC barəsində məhkəmə iddiası qaldırılıb.

Şirkət iqtisadi fəaliyyətlə bağlı qanunvericiliyi pozmaqda təqsirli bilinir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsinin tələblərini pozan “Resant Group”a qarşı Mərkəzi Bankın təqdimatı əsasında iddia qaldırılıb. İddiaya Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Şirkətdən saytımıza bildirilib ki, problem sənədlərlə bağlıdır və məsələ ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim ediləcək.

Qeyd edək ki, “Resant Group”a “Ramada”, “İntercontinental”, “Sheki Palace”, “Mambo Beach”, “İstanbul Meyhane”, “Baku Voice Rooms”, “Harrison” və s. kimi bir çox hotel, restoran, çimərlik, gözəllik və spa mərkəzləri daxildir.

Kommersiya qurumlarının dövlət reyestrində “Resant Group” Emin Pənah oğlu Rüstəmovun adına qeydiyyatdadır.

“Kriminalqafqaz”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz