Axtarış...

“Kraun ko” şirkəti kombaynçıların haqqını vermir… - NARAZILIQ VAR!

“Kraun ko” şirkəti kombaynçıların haqqını vermir… - NARAZILIQ VAR!

Füzuli, Beyləqan və Ağcabədi ərazisində taxıl tədarükü ilə məşğul olan “Kraun ko-R” MMC şirkəti işlətdiyi 20 yaxın işçilərin, kombaynerlərin pulunu vermir. Beyləqanlı şikayətçilər bizimlə söhbətdə bildirillər ki, onlar taxıl biçini vaxtı şirkətə məxsus ərazidə taxıl və arpa bicini ilə məşğul olublar. Lakin aylardır ki, onlar öz haqlarını ala bilmirlər. Onlar hər dəfə pullarını tələb etdikdə, şirkətin məsul şəxsləri olan Hətəm və Şakir adlı şəxslər müxtəlif bəhanələrlə vədlər verərək, vaxt qazanır, nəticədə yenə də pullarını vermirlər.
RealMedia.az xəbər verir ki, artıq əməyi istismar olunan kombaynerlər üzləşdiklər problemlərdən dolayı aidiyyəti qurumlara müraciət etmək zorunda qalıblar.
Şikayətçilər qeyd edirlər ki, bu günləridə onlar “Kraun ko” şirkətinin Beyləqanda (Haramıda) yerləşən ofisinə gedərək pullarını tələb ediblər. Şirkətdən isə onlara hər dəfə olduğu kimi bu dəfədə həftə içi pullarının veriləcəyinə vəd verilib.
Qeyd edək ki, “Kraun ko-R” MMC Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan ən böyük şirkətlərdən biridir.
İddialarla bağlı yazıda adı keçən şirkətin mövqeyini dinləməyə və dərc etməyə hazırıam.
Realmedia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz