Axtarış...

Krediti ÖDƏSƏN DƏ... AZALMIR... - DƏLİXANADIR, VALLAH...

Krediti ÖDƏSƏN DƏ... AZALMIR... - DƏLİXANADIR, VALLAH...


"Deməli, şikayətimiz "Kapital Bank"dandır. 196 müştəri xidmətinə zəng edib mütaciət etmişik ki, bizim kreditimiz var, ancaq nə etsək də, normal ödəmə edə bilmirirk..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mikayıl Həsənli adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Ödədikcə məbləğ yenədə azalmaq bilmir. 6000 manatlıq kreditə görə 3000 manat əlavə pul ödəməli olduğumuzu bildik.
Bununla bağlı şikayətimizi qeydə alınmasını istəsək də, müştəri xidmətinin əməkdaşı şikayəti qeydə ala bilməyəcəyini vurğuladı.
Müştəri xidmətlərinin əməkdaşına telefon nömrəsini, şəxsiyyət vəsiqəsinin FİN kodunu və əmək haqqı kartının rəqəmlərini təqdim etsək də şikayətimizi qeydə ala bilməyəcəklərini bildirib, təkidlə eyni şeyləri təkrar etməyə davam etdi..."
Text-to-Speech

DİNLƏ






Şərh yaz